İztirabın gətirdiyi ziyanlar
Mьəllif: admin1
Tarix: 14-07-2019, 22:52
İztirabın gətirdiyi ziyanlar
Bəziləri belə düşünür ki, iztirab onlar üçün çox da əhəmiyyətli bir mövzu deyildir. Ancaq müasir dövrdə insanların əksər hissəsi iztiraba düçardırlar. Bunu deyə bilərik ki, iztirab - müasir dövrün bəlasıdır.

Stressin cismi xəstəliklərlə rabitəsi.

Sress və iztirab insanı adi həyatdan məhrum edər. Özü ilə çox sayda cismi xəstəliklər yaradar. İztirab insanın bütün bədən üzvünə təsir qoyar, daxili orqanlardan tutmuş, dərinin tərləməyinə qədər. Boynuna və baş nahiyəsinə daha çox yük düşdüyü üçün, ağrılar məhz həmin nahiyələrdə başlayar. Boyun fəqərələrindən aşağıya qədər düşər.

Maraqlısı budur ki, bel ağrılarının 95%-i stressdən qaynaqlanır. Daxili təzyiq xüsusilə mədəyə daha çox təsir qoyur. Mədə yarısı kimi özünü büruzə verir.

İztirabın reaksiya verdiyi başqa bir üzv isə immun sistemidir. İmmun sistemi isə damarlara təsir qoyar. Damarlar yığılar və bu da miqren ağrılarına yol açar.

Stress keçirən insanların çox zaman əl və ayaqları soyuyar. Stressin gətirdiyi xəsətliklərə: xərçəngi, yüksək qan təzyiqini, xalestrin, qəlb xəsətliklərini misal çəkmək olar.

Müalicə olmaq üçün həkimə müracitə etsəniz, həm cisminizi və həm də ruhunuzu müalicə edin. Ancaq bu zaman yaxşı nəticə ala bilərsiniz.

Bəzi insanlar ola bilsin ki, həqiqət ilə qeyri-həqiqəti ayıra bilmədikləri üçün iztiraba düçar olarlar. Bəziləri isə uşaqlıq dövründə xoşagəlməz hadisələrin təsiri altına düşərək stressə düşərlər.

Həyat eynəyimizin şüşəsini dəyişib, əşya və olanları olduğu kimi görməyə cəhd edək. Eynəyimizə filtr də qoya bilərik. Qaranlıqda olanlara tamaşa edə bilərik. Əgər eynəyinizdəki şüşələr münasib şüşədirsə, faydalı məlumatlar toplayar və özünü və ətrafındakıları yaxşı tanıyar.

İztirab və stresdən uzaq olmağa çalışaq. Onu heç də əhəmiyyətsiz hesab etməyək. Çünki cismi xəstəliklərimizin əksər hissəsinin səbəbi məhz iztirab və stresdir.

(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930