Nigarançılıq hissini aradan aparmaq lazımdır
Mьəllif: admin1
Tarix: 3-01-2019, 19:05
Nigarançılıq hissini aradan aparmaq lazımdır
Filosoflar və psixoloqlar əsrlər boyu nigarançılıq haqqında bəhslər ediblər. Onunla mübarizə aparmaq üçün praktik yollar təklif ediblər. Ancaq çox təəssüf ki, həmin problem bu günə qədər hələ də həll olmamış qalmaqdadır. Bəşər bu böyük bəladan nicat tapmamışdır.

Qərb dünyasının məşhur şəxsiyyətlərindən olan Deyl Karnegi “Həyat qanunu” adında kitab yazmışdır. O, bu kitabda nigarançılıq haqqında bəhslər etmiş və çıxış yollarını təqdim etmişdir.

Alim kitabın müqəddiməsində yazır: “Uzun illər ərzində bu qənaətə gəlmişəm ki, cavan nəslin ən böyük çətinliyi – nigarançılıq və təşvişdir. Mənim dərslərimin əskər tələbələrini idarə işçiləri, satıcılar, mühəndislər, mühasiblər təşkil edirlər. Onların hamısının çətinliyi vardır. Hətta evdar qadınlar belə bu cür çətinliklərdən şikayət edirlər.

Kitab yazmaq niyyətilə Nyu-York kitabxanasına getdim və ancaq təəccüblə müşahidə etdim ki, o cür böyük kitabxanada ancaq 22 ədəd nigarançılıq haqqında kitab vardır. Sizin nəzərinizcə bu qəribə deyildirmi? Halbuki nigarançılıq – bəşərin ən böyük bəlasıdır. Mən həmin kitabxanada olan bu 22 kitabı mütaliə etdim.

Bununla yanaşı, nigarançılıqla bağlı kitaba rast gələn kimi onu satın alırdım. Ancaq bu kitabların heç birində öz dərsimdə tədris etdiyim metodlara rast gəlmədim. Nəticədə özüm bu haqda kitab yazmağa başladım.

7 il özümü bu kitabı yazmaq üçün hazırladım. Müxtəlif əsrlərdə filosofların yazdıqları fikirləri mütaliə etdim. Yüzlərlə insanın bu haqda fikirlərini alıb, tədqiq etdim.

Görkəmli alimlərlə bu haqda müzakirələrim oldu. 5 il öz sinifimdə tələbələrimin üzərində müşahidələr apardım. Nigarançılığa necə qalib gələcəyimi müəyyən etdim. Bu kitab bütün bu zəhmətlərimin nəticəsidir”.

David Siburi öz kitabında yazır: “O zaman ki, biz kamal yaşına çatırıq, görürük ki, ən kiçik təzyiqləri qəbul etmək üçün belə, hazırlığımız yoxdur. Nəticədə isə bu gün xəstəxanaların çarpayılarının çox hissəsini həyəcan və əsəbə düçar olan xəstələr işğal edirlər”.

Bəşər bu gün böyük bir bəla olan nigarançılıq bəlasına düçar olmuşdur. Onu müalicə etmək isə zəhmət istəyir. Hər bir halda bu cür ruhi xəstəliklərin əlacı həmişə olduğu kimi, Quranda və hədislərimizdədir. Məhz İslam dini bu cür xəstəlikləri tanıtmış və onların müalicə yollarını Quranda və hədislərdə bəyan etmişdir. İman və təvəkkül bu kimi bəlaların tək çarəsidir.

Bilmək lazımdır ki, lənətlik iblis insanı nigarançılıq hissi vasitəsilə idarə edir. Odur ki, daim özünü çek etməli və nigarançılıqlarını araşdırmalıdır.

Daxilən arxayınlığa nail olmalı və vəsvəsələrinə qalib gəlməlidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930