Ruhi şadlıq əldə etməyin 6 yolu
Mьəllif: admin1
Tarix: 26-03-2021, 09:39
Ruhi şadlıq əldə etməyin 6 yolu
İnsanın bu həyatdakı ehtiyaclarından biri də şad olmasıdır. Şadlıq – batini bir həyəcandır ki, insana fəaliyyət göstərməkdə yardım edir.

İnsana kömək edir ki, müvəffəqiyyətə daha sevinclə çata bilsin. O insanlar ki, şaddırlar, ruhi cəhətdən daha sağlamdırlar. Yəni, şad olmaq onların ruhuna və bədəninə müsbət təsir qoyur.

Ruhi şadlıq əldə etməyin bir çox yolları vardır ki, onlardan bəzisinə işarə edək:

1. Allahla söhbət etmək. İmam Əli (ə) İmam Həsənə (ə) yazdığı məktubda buyurur: “Öz qəm və qüssəni Allah dərgahında bəyan et ki, qəmini aradan qaldırsın. Çətinliklərdə sənə yardım etsin”.

Əlbəttə, sonsuz qüdrətə Sahib olan biri ilə söhbət etmək və Ondan yardım istəmək – insana hüzur verər və əminlik gətirər ki, istəyinə çata biləcəkdir.

Allah elə bir varlıqdır ki, qüdrəti hər yerə çatır və Onun üçün zaman və məkan məhdudiyyəti yoxdur. Allah qəmi və qüssəni aradan aparmağa qadirdir.

İnsanı ümidvar və şad edə bilir. İnsan dua edən zaman gələcəyinə görə ümidvar olmalıdır. Bu inanc sayəsində özünə etimadı güclənər. İzzəti-nəfs əldə edər.

2. Namaz qılmaq. İmam Əli (ə) buyurur: “O şey ki, mənimlə Allah arasında bəyənilməz işdir və mən onu yerinə yetirəm, iki rükət qılmaq üçün möhlətim olsun və onun vasitəsilə Allahdan afiyət istəyəm, məni qəmgin qoymaz”.

Namaz qılmaq da Allahla danışmağın bir növüdür. O biri tərəfdən namazda dediyimiz sözləri Allah təyin etdiyi üçün demək olar ki, bu sözlər – Allahla söhbət etmək üçün ən yaxşı sözlərdir.

Daha yaxşı nəticəyə malik olar. Alimlərin nəzərinə görə, dua və namaz xoşbəxtlik hissini gücləndirər. Öz növbəsində şad olmağa səbəb olar.

3. Halal ləzzətlər axtarmaq. İmam Əli (ə) buyurur: “Aqil insan üç şeyin ardınca hərəkət edər: yaşayışını təmin etmək üçün ruzi qazanmaq və ya axirət yoluna qədəm basmaq və ya halal ləzzətlər əldə etmək”.

İmam Əli (ə) həmçinin buyurur: “Sevinc gətirən iylər, müalicə edən bal, gözəl minik, yaşıllığa tamaşa etmək xəstəliyi müalicə edər və sevinc gətirər”.

İlahi dinlər heç bir zaman halal ləzzətləri qadağan etməmişdilər. İdman və təbiətdə gəzmək, xoş ətirdən istifadə etmək, ləzzətli yeməklər yemək şadlığa təsir qoyan amillərdəndir.

4. Sileyi-rəhm. İmam Əli (ə) buyurur: “İnsanın qohumları – onu himayə edən ən böyük dəstədirlər. Onun narahatlığını aradan apararlar. Müsibət baş verən zaman ona ən çox sevgi göstərən insanlardırlar”.

Qohumlara ehtiyacları olan zaman yardım etmək müsbət həyəcanların yaranmasına şərait yaradar. İctimai rabitələr insanı sevindirən və şad edən mühüm amillərdəndir. İnsan dostu və yaxını ilə bir yerdə olan zaman daha çox sevinc hiss edir, nəinki tənha olan zaman.

5. Hikmətli sözlər axtarmaq. İmam Əli (ə) buyurur: “Həqiqətən bu ürək bədən kimi qəmgin olur. Ona görə də ürəklərinizi şadlandırmaq üçün gözəl hikmətli sözlər axtarın”.

Həmçinin buyurur: “Müdrik söz əgər düzdürsə, dərman olar”.

Hikmətli sözlər insana unutdularını xatırladar. İnsan fitri olaraq həmişə gözəllik ardınca olmuşdur. Ona görə də təbiidir ki, gözəl söz eşdirək insan ləzzət və şadlıq hiss etsin.

6. Əməl əhli olmaq. İmam Əli (ə) buyurur: “O kəs ki, əməldə səhlənkarlıq edər, qəmə düçar olar”. İnsan hər bir hədəfinə çatmaq üçün proqrama malik olmalıdır. İstər dünya hədəfləri olsun, istərsə də axirət.

Əməl əhli olmaq insana sevinc gətirər və qəmi aradan aparar. Halbuki, tənbəl insanlar həmişə nigaran olar və izzəti-nəfsləri çox zəifdir. Bəzən qəzəblənirlər və bəzən də laqeyd olurlar.



www.ahliman.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930