Peğəmbərin (s) kəlamında özündən sonrakı canişinlərin adları
Mьəllif: admin1
Tarix: 30-12-2021, 21:32
Peğəmbərin (s) kəlamında özündən sonrakı canişinlərin adları
Peğəmbəri-Əkrəmin (s) səhabəsi Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur:

لَمّا أنزَلَ اللّهُ عَزَّوجَلَّ عَلى نَبِيِّهِ مُحَمَّدٍ| «يا أيُّهَا الَّذينَ آمَنوا أطيعُوا اللّهَ وأطيعُوا الرَّسولَ واُولِي الأَمرِ مِنكُم» قُلتُ: يا رَسولَ اللّه، عَرَفنَا اللّهَ ورَسولَهُ فَمَن اُولُو الأَمرِ الَّذينَ قَرَنَ اللّهُ طاعَتَهُم بِطاعَتِكَ؟ فَقالَ|: هُم خُلَفائي يا جابِرُ، وأئِمَّةُ المُسلِمينَ [مِن] بَعدي، أوَّلُهُم عَلِيُّ بنُ أبي طالِبٍ، ثُمَّ الحَسَنُ والحُسَينُ، ثُمَّ عَلِيُّ بنُ الحُسَينِ، ثُمَّ مُحَمَّدُ بنُ عَلِيٍّ المَعروفُ في التَّوراةِ بـ«الباقِرِ»، وسَتُدرِكُهُ يا جابِرُ، فَإِذا لَقيتَهُ فَأَقرِئهُ مِنِّي السَّلامَ، ثُمَّ الصّادِقُ جَعفَرُ بنُ مُحَمَّدٍ، ثُمَّ موسَى بنُ جَعفَرٍ، ثُمَّ عَلِيُّ بنُ موسى، ثُمَّ مُحَمَّدُ بنُ عَلِيٍّ، ثُمَّ عَلِيُّ بنُ مُحَمَّدٍ، ثُمَّ الحَسَنُ بنُ عَلِيٍّ، ثُمَّ سَمِيّي وكَنِيّي، حُجَّةُ اللّهِ في أرضِهِ، وبَقِيَّتُهُ في عِبادِهِ، ابنُ الحَسَنِ بنِ عَلِيٍّ، ذاكَ الَّذي يَفتَحُ اللّه ـ تَعالى ذِكرُهُ ـ عَلى يَدَيهِ مَشارِقَ الأَرضِ ومَغارِبَها، ذاكَ الَّذي يَغيبُ عَن شيعَتِهِ وأولِيائِهِ غَيبَةً لا يَثبُتُ فيها عَلَى القَولِ بِإِمامَتِهِ إلاّ مَنِ امتَحَنَ اللّه‏ قَلبَهُ للإِيمانِ.

Allah-Taala Muhəmmədə (s) “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin!” (“Nisa”/59.) – ayəsini nazil etdikdə, mən dedim: “Ey Allahın Rəsulu, biz Allah və Peyğəmbərini tanıdıq! Amma Allah-Taala və sizə itaətdə bir səviyyədə olan əmr sahibləri kimlərdir?”

Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Ey Cabir, onlar məndən sonra canişinlərim və müsəlmanların imamlarıdır! Onların birincisi Əli ibn Əbu Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra “Tövrat”da “Baqir” adı ilə tanınan Muhəmməd ibn Əlidir ki, ey Cabir, sən onu görəcəksən! Onu görərkən mənim salamımı ona çatdır. Sonra Cəfər ibn Muhəmməd Sadiq, sonra Musa ibn Cəfər, sonra Əli ibn Musa, sonra Muhəmməd ibn Əli, sonra Əli ibn Muhəmməd, sonra Həsən ibn Əli, sonra adı mənim adımla eyni olan, Allah-Taalanın yer üzündə “dəlil”i, bəndələri arasında qoruyub-saxladığı Həsən ibn Əlinin övladıdır. O, elə bir şəxsdir ki, uca Allah onun əli ilə yer üzünün şərq və qərbini fəth edər. O, bir müddət şiələri və dostlarının gözündən gizli qalacaq. Həmin vaxt Allah-Taalanın qəlblərini imanla sınadığı şəxslərdən başqa, heç kim onun imamlığına etiqad bəsləməz.” (“Kəmalud-din”, səh.253, hədis 3; “Əl-mənaqib”, İbn Şəhr Aşub, 1-ci cild, səh.282; “Təvilul-ayatiz-zahir”, səh.141; “Kifayətul-əsər”, səh.53.)

Cabir ibn Abdullah Ənsaridən nəql olunan ikinci hədisdə belə deilir:

. جابِرُ بنُ عَبدِ اللّهِ الأَنصارِيُّ: دَخَلَ جَندَلُ بنُ جُنادَةَ بنِ جُبَيرٍ اليَهودِيُّ عَلى رَسولِ اللّهِ(ص) فَقالَ ـ في حديث طويل ـ: أخبِرني يا رَسولَ اللّهِ عَن أوصِيائِكَ مِن بَعدِك لِأَتَمَسَّكَ بِهِم. قالَ: أوصِيائِيَ الاِثنا عَشَرَ. قالَ جَندَلٌ: هكَذا وَجَدناهُم فِي التَّوراةِ، وقالَ: يا رَسولَ اللّه، سَمِّهِم لي.

فَقالَ: أوَّلُهُم سَيِّدُ الأَوصِياءِ أبُو الأَئِمَّةِ عَلِيٌّ، ثُمَّ ابناهُ الحَسَنُ والحُسَينُ، فَاستَمسِك بِهِم ولايَغُرَّنَّكَ جَهلُ‏الجاهِلينَ، فَإِذا وُلِدَ عَلِيٌّ بنُ الحُسَينِ زَينُ العابِدينَ يَقضِي اللّهُ عَلَيكَ، ويَكونُ آخِرُ زادِكَ مِنَ الدُّنيا شَربَةَ لَبَنٍ تَشرَبُهُ.

فَقالَ جَندَلٌ: وَجَدنا فِي التَّوراةِ وفي كُتُبِ الأَنبِياءِ: إيليا وشَبَّرًا وشَبيرًا، فَهذِهِ أسماءُ عَلِيٍّ والحَسَنِ والحُسَينِ، فَمَن بَعدَ الحُسَينِ، وما أساميهِم؟

قالَ(ص): إذَا انقَضَت مُدَّةُ الحُسَينِ فَالإِمامُ ابنُهُ عَلِيٌّ ويُلَقَّبُ بِزَينِ العابِدينَ، فَبَعدَهُ ابنُهُ مُحَمَّدٌ يُلَقَّبُ بِالباقِرِ، فَبَعدَهُ ابنُهُ جَعفَرٌ يُدعى بِالصّادِقِ، فَبَعدَهُ ابنُهُ موسى يُدعى بِالكاظِمِ، فَبَعدَهُ ابنُهُ عَلِيٌّ يُدعى بِالرِّضا، فَبَعدَهُ ابنُهُ مُحَمَّدٌ يُدعى بِالتَّقِيِّ والزَّكِيِّ، فَبَعدَهُ ابنُهُ عَلِيٌّ يُدعى بِالنَّقِيِّ والهادي، فَبَعدَهُ ابنُهُ الحَسَنُ يُدعى بِالعَسكَرِيِّ، فَبَعدَهُ ابنُهُ مُحَمَّدٌ يُدعى بِالمَهدِيِّ والقائِمِ والحُجَّةِ، فَيَغيبُ ثُمَّ يَخرُجُ، فَإِذا خَرَجَ يَملَأُ الأَرضَ قِسطًا وعَدلاً كَما مُلِئَت جَورًا وظُلمًا، طوبى لِلصّابِرينَ في غَيبَتِهِ، طوبى لِلمُقيمينَ عَلى مَحَبَّتِهِم، اُولئِكَ الَّذين وَصَفَهُمُ اللّهُ في كِتابِهِ وقالَ: «هُدًى لِلمُتَّقينَ. الَّذينَ يُؤمِنونَ بِالغَيبِ»، ثُمَّ قالَ تَعالى: «اُولئِكَ حِزبُ اللّهِ ألا إنَّ حِزبَ اللّهِ هُمُ المُفلِحونَ».

Bir gün Cəndəl ibn Cünadə ibn Cübeyr Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gedib dedi: “Ey Allahın Rəsulu, mənə özündən sonrakı canişin və vəsilərdən xəbər ver ki, onlara qoşula bilim!”

Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Mənim canişinlərim on iki nəfərdir.”

Cəndəl dedi: “Onların sayını Tövratda belə gördüm.” Sonra dedi: “Ey Allahın Rəsulu, onların adlarını mənə söylə!”

Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Onların birincisi vəsilərin sərvəri və imamlar atası Əli, ondan sonra onun iki oğlu Həsən və Hüseyndir. Onlara bağlan ki, nadanların nadanlığı səni azdırmasın. Sonra Əli ibn Hüseyn Zeynəlabidin dünyaya göz açar ki, o vaxt Allah-Taala sənin ömrünü alar. Sənin dünyadan sonuncu nəsibin bir qurtum süddür.”

Cəndəl dedi: “Biz Tövratda və peyğəmbərlərin kitablarında İlya, Şəbbər və Şübeyr (adlarını) görmüşük və onlar Əli, Həsən və Hüseynin adlarıdır. Bəs, Hüseyndən sonra kimlərdir və onların adları nədir?” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Hüseynin dövranı keçdikdən sonra oğlu Əli imam olacaq və ləqəbi Zeynəlabidindir. Ondan sonra oğlu Cəfər və ləqəbi Sadiqdir. Ondan sonra oğlu Musadır ki, Kazim çağrılar. Ondan sonra oğlu Əlidir ki, Rza çağrılar. Ondan sonra oğlu Muhəmməddir ki, Təqi və Zəki çağrılar. Ondan sonra oğlu Əlidir ki, Nəqi və Hadi çağrılar. Ondan sonra oğlu Həsəndir ki, Əskəri çağrılar. Ondan sonra isə oğlu Muhəmməddir ki, Məhdi, Qaim və Höccət çağrılar. O, qeybə çəkilər və yenidən zühur edər. Zühur edərkən yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə doldurar. Xoş olsun onun qeybəti dövründə səbir edənlərin halına! Xoş olsun onlara məhəbbət bəsləyənlərin halına! Allah-Taala onları Öz kitabında vəsf edərək belə buyurmuşdur: “Təqvalılar üçün hidayət mənbəyidir. O kəslər ki, qeybə inanırlar.” (“Bəqərə”/2-3.) Sonra belə buyurmuşdur: “Onlar Allahın ordusudur. Agah olun, nicat tapanlar yalnız Allahın ordusudur!” (“Mücadələ”/22.)

(“Yənabiul-məvəddət”, 3-cü cild, səh.283, hədis 2.)

Üçüncü hədis İbn Abbasdandır. O belə deir:

قَدِمَ يَهودِيٌّ عَلى رَسولِ اللّهِ(ص) يُقالُ لَهُ نَعثَلٌ، فَقال لَهُ: يا مُحَمَّدُ، إنّي أسأَلُكَ عَن أشياءَ تَلَجلَجُ في صَدري ـ إلى أن قال: ـ أخبِرني عَن وَصِيِّكَ مَن هُوَ؟ فَما مِن نَبِيٍّ إلاّ ولَهُ وَصِيٌّ، وإنَّ نَبِيَّنا موسَى بنَ عِمرانَ أوصى إلى يوشَعَ بنِ نونٍ، فَقالَ: نَعَم، إنَّ وَصِيّي والخَليفَةَ مِن بَعدي عَلِيُّ بنُ أبي طالِبٍ (ع)، وبَعدَهُ سِبطايَ الحَسَنُ ثُمَّ الحُسَينُ، يَتلوهُ تِسعَةٌ مِن صُلبِ الحُسَينِ، أئِمَّةٌ أبرارٌ.

قالَ: يا مُحَمَّدُ، فَسَمِّهِم لي، قالَ: نَعَم، إذا مَضَى الحُسَينُ فَابنُهُ عَلِيٌّ، فَإِذا مَضى عَلِيٌّ فَابنُهُ مُحَمَّدٌ، فَإِذا مَضى مُحَمَّدٌ فَابنُهُ جَعفَرٌ، فَإِذا مَضى جَعفَرٌ فَابنُهُ موسى، فَإِذا مَضى موسى فَابنُهُ عَلِيٌّ، فَإِذا مَضى عَلِىٌّ فَابنُهُ مُحَمَّدٌ، ثُمَّ ابنُهُ عَلِيٌّ، ثُمَّ ابنُهُ الحَسَنُ، ثُمَّ الحُجَّةُ ابنُ الحَسَنِ، فَهذِهِ اثنا عَشَرَ إمامًا عَدَدَ نُقَباءِ بَني إسرائيلَ، قالَ: فَأَينَ مَكانُهُم فِي الجَنَّهِ؟ قالَ: مَعي في دَرَجَتي.

Nəsəl adlı bir yəhudi Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: “Ey Muhəmməd, sinəmdə dolanan bir neçə məsələni soruşmaq istəyirəm...! (Və nəhayət dedi:) “Mənə vəsi və canişinlərinin kimlər olduğunu xəbər ver. Çünki hər bir peyğəmbərin canişini olmuş və peyğəmbərimiz Musa ibn İmran da özünə Yuşə ibn Nunu canişin seçmişdir.”

Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Bəli, məndən sonra canişin Əli ibn Əbu Talib (ə), ondan sonra iki nəvəm – Həsən və Hüseyn, sonra Hüseynin nəslindən olan doqquz layiqli imamdır.”

O dedi: “Ey Muhəmməd, mənə onların adlarını söylə!”

Peyğəmbər (s) buyurdu: “Bəli, Hüseyndən sonra oğlu Əlidir. Əlidən sonra oğlu Muhəmməddir. Muhəmməddən sonra oğlu Cəfərdir. Cəfərdən sonra oğlu Musadır. Musadan sonra oğlu Əlidir. Əlidən sonra oğlu Muhəmməddir. Ondan sonra oğlu Əli, ondan sonra onun oğlu Həsən və ondan sonra isə Höccət ibnil-Həsəndir. Onların sayı İsrail oğullarının öndərləri qədər – on iki imamdır.”

Yəhudi dedi: “Onların Behiştdə yeri haradır.”

Peyğəmbər (s) buyurdu: “Mənimlə eyni məqamda olacaqlar.”

(“Fəraidüs-səmteyn”, 2-ci cild, səh.133, hədis 431.)

Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930