İMAM BAQİRDƏN (Ə) ŞİƏLİK İDDİASI EDƏNLƏRƏ...
Mьəllif: admin1
Tarix: 7-07-2022, 18:44
İMAM BAQİRDƏN (Ə) ŞİƏLİK İDDİASI EDƏNLƏRƏ...
İmam Baqir (ə) Cabirə buyurmuşdur:

يا جابِرُ، أيَكتَفي مَن يَنتَحِلُ التَّشَيُّعَ أن يَقولَ بِحُبِّنا أهلَ البَيتِ؟! فَوَاللّه‏ِ ماشيعَتُنا إلاّ مَنِ اتَّقَى اللّه‏َ وأطاعَهُ، وما كانوا يُعرَفونَ، يا جابِرُ، إلاّ بِالتَّواضُعِ وَالتَّخَشُّعِ وَالأَمانَةِ وكَثرَةِ ذِكرِ اللّه‏ِ وَالصَّومِ وَالصَّلاةِ وَالبِرِّ بِالوالِدَينِ وَالتَّعاهُدِ لِلجيرانِ مِنَ الفُقَراءِ وأهلِ المَسكَنَةِ وَالغارِمينَ وَالأَيتامِ وصِدقِ الحَديثِ وتِلاوَةِ القُرآنِ وكَفِّ الأَلسُنِ عَنِ النّاسِ إلاّ مِن خَيرٍ، وكانوا اُمناءَ عَشائِرِهِم فِي الأَشياءِ.

“Ey Cabir, şiəlik iddiası edən hansı bir şəxs biz Əhli-beytin məhəbbətilə kifayətlənə bilər?! Allaha and olsun, Ondan qorxmayan (təqvalı olmayan) və Ona itaət etməyən kəs şiəmiz deyil.

Ey Cabir, onların (şiələrimiz) təvazökar, itaət, əmanətdarlıq, daim Allahı yad etmək, oruc tutub namaz qılmaq, ata-anaya yaxşılıq, kasıb qonşulara, yoxsullara, borclulara və yetimlərə kömək etmək, düz danışmaq, Quran oxumaq, insanlara qarşı xoşbinlik, əlaqə saxladığı və get-gəl etdiyi kəslərin etimadını qazanmaqdan başqa peşələri yoxdur.”

Cabir deyir ki, mən o həzrətə dedim:

يَا بنَ رَسولِ اللّه، ما نَعرِفُ اليَومَ أحَدًا بِهذِهِ الصِّفَةِ،

“Ey Peyğəmbər övladı, bu gün bizim aramızda bunlara layiqincə əməl edən bir kəs yoxdur.”

Həzrət buyurdu:

يا جابِرُ، لاتَذهَبَنَّ بِكَ المَذاهِبُ، حَسبُ الرَّجُلِ أن يَقولَ: اُحِبُّ عَلِيًّا وأتَوَلاّهُ ثُمَّ لا يَكونَ مَعَ ذلِكَ فَعّالاً؟! فَلَو قالَ: إنّي اُحِبُّ رَسولَ اللّه‏ِ فَرَسولُ‏اللّه‏ِ (ص) خَيرٌ مِن عَلِيٍّ (ع) ثُمَّ لا يَتَّبِعُ سيرَتَهُ ولا يَعمَلُ بِسُنَّتِهِ ما نَفَعَهُ حُبُّهُ إيّاهُ شَيئًا، فَاتَّقُوا اللّه‏َ وَاعمَلوا لِما عِندَ اللّه، لَيسَ بَينَ اللّه‏ِ وبَينَ أحَدٍ قَرابَةٌ، أحَبُّ العِبادِ إلَى اللّه‏ِ عَزَّوجَلَّ (وأكرَمُهُم عَلَيهِ) أتقاهُم وأعمَلُهُم بِطاعَتِهِ. يا جابِرُ، وَاللّه‏ِ ما يُتَقَرَّبُ إلَى اللّه‏ِ تَبارَكَ وتَعالى إلاّ بِالطّاعَةِ، وما مَعَنا بَراءَةٌ مِنَ النّارِ ولا عَلَى اللّه‏ِ لِأَحَدٍ مِن حُجَّةٍ، مَن كانَ للّه‏ِِ مُطيعًا فَهُوَ لَنا وَلِيٌّ، ومَن كانَ للّه‏ِِ عاصِيًا فَهُوَ لَناعَدُوٌّ، وما تُنالُ وَلايَتُنا إلاّ بِالعَمَلِ وَالوَرَعِ

“Ey Cabir, hər hansı batil fikir səni aldatmasın! Səncə, bir kəs “Mən Əlini sevir və onu rəhbər bilirəm!” – deyərək, (axirət üçün) çalışmayıb laqeyd qala bilərmi?!

“Mən Allahın Rəsulunu (s) (Əlidən (ə) üstün olan kəsi) sevirəm!” – deyib kifayətlənən, onun “sirə” və “sünnə”sinə tabe olmayan şəxsə Peyğəmbərin (s) məhəbbəti bir fayda verməz.

Belə isə Allahdan (cəzasından) qorxun və Onun yanındakılara (əbədi səadətə) nail olmaq üçün çalışın! Allahın heç kimlə qohumluğu yoxdur. Allah dərgahında ən sevimli (və ən əziz) bəndələr təqvalılar və itaətkarlardır.

Ey Cabir, Allaha and olsun, Ona itaətdən başqa bir yolla yaxınlaşmaq olmaz! Nə biz bir kəsə (cəhənnəmdən) bəraət qazandıra bilərik, nə də bir kəsin Allah yanında belə hüququ vardır.

Allaha itaət edən bizim dostumuz, Ona asi olan isə düşmənimizdir. Bizim vilayət və dostluğumuz yalnız əməl və təqva ilə əldə edilə bilər.” (“Əl-kafi”, 2-ci cild, səh.74, hədis: “Sifatuş-şiə”, 90-cu cild, səh.22.)


Maide.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930