Yaxşı ilə pisi ayırmaq üçün insanın daxilində meyar var
Müəllif: Admin
Tarix: 16-12-2018, 20:02
Yaxşı ilə pisi ayırmaq üçün insanın daxilində meyar var
Yaxşı ilə pisi ayırmaq meyarlarından ən güclülərdən biri də vicdandır. Əxlaqi vicdan ki, Allah hər bir insanın batininə qoymuşdur.

Əxlaqi vicdan – həqiqətləri görən və düz danışan yol göstərəndir ki, daxilimizdən bizimlə söhbət edir. Bizi daima fəzilətli əməllərə tərəf yönəldir.

Qurani-Kərim buyurur: “Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir”. (“Şəms” 7-8).

Bu vicdan, heç bir müəllim olmadan, insana əxlaqın fəzilətlərini və rəzil sifətlərini tanıdar. İnsan onun vasitəsilə yaxşını pisdən ayıra bilər.

“Və Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, (Allah və vicdan tərəfindən) qınanmış və (yaxşıların zümrəsindən) qovulmuş halda cəhənnəmə atılarsan”. (“İsra” 39).

Beləliklə deyə bilərik ki, əxlaqi vicdan hər bir insanın fitrətinə qoyulmuş bir qüvvədir ki, onu hər cür rəzil sifətlərdən uzaqlaşdırar və fəzilətli əməllərə tərəf yönəldər.

Ancaq onu da qeyd etməliyik ki, vicdan – həm sağlam, həm də yanlış ətraf mühitin və tərbiyənin təsiri altına düşə bilir. Ancaq Allahın insana verdiyi bütün batini qüvvələrdən ən qüvvətlisidir. İstər şəhvət olsun, istərsə də qəzəb və sair qüvvələr.

Hər kim Allaha yaxın olar, əxlaqi vicdanı onu doğru yoldan ayırmaz. Əksinə, İlahi qürb məqamına çatmasına və təkamül etməsinə yardım edər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031