Quranda nəfs sözü hansı mənalarda işlənib?
Mьəllif: admin1
Tarix: 3-12-2022, 10:19
Quranda nəfs sözü hansı mənalarda işlənib?
Nəfs sözü Quranda 10 mənada istifadə olunmuşdur ki, onlarla tanış olaq:

1. İnsanlardan olan bir fərd, ya hər hansı bir canlı. “Hər bir canlı ölümü dadacaqdır”. (“Ənkəbut” 57).

2. Özün. “Özünüz üçün qabağa nə yaxşı əməl göndərsəniz, onu(n hamısını) Allahın yanında tapacaqsınız. Həqiqətən, Allah etdiyiniz (bütün) əməlləri görəndir”. (“Bəqərə” 110).

3. Meyil və istəklərə malik olan ruh. “Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir-birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana). Sonra da günahlarını və təqvalı olmağını ona ilham etmiş və onu iş görməyə qadir etmişdir”. (“Şəms” 7-8).

4. Can. “Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın!”. (“Ənam” 93).

5. Qəlb. “Səhərlər və axşamlar öz qəlbində yalvarıb-yaxararaq, qorxu ilə və səsini ucaltmadan Rəbbini yada sal və qafillərdən olma”. (“Əraf” 205).

6. Dərk mərkəzi olan qəlb. “Və ona (möcüzələrimizə) daxilən yəqinlikləri olsa da, zülm və təkəbbür üzündən inkar etdilər. Bir gör, fitnə-fəsad törədənlərin aqibəti necə oldu !”. (“Nəml” 14).

7. Qəlb üçün qab. “Nəhayət, yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur”. (“Tövbə” 118).

8. Əmmarə nəfs. “Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq”. (“Qaf” 16).

Təbərrükən, bu nəfslə mübarizə ilə bağlı hədisə nəzər salaq. İmam Əli (ə) buyurur: “Nəfsinlə cihad et və onu hesaba çək. Necə ki, şərik şərikini hesaba çəkər. Allahın haqqını ondan tələb et. Necə ki, dava tərəfi başqa tərəfdən öz haqqını tələb edər”.

9. Ləvvamə nəfs. “Və and içirəm özünü məzəmmət edən nəfsə (möminin nəfsinə və Allaha asi olduğu üçün özünü məzəmmət edən ayıq vicdanına and olsun ki, Qiyamət haqdır)”. (“Qiyamət” 2).

10. Mütməinnə nəfs. “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!”. (“Fəcr” 27-28).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930