İnsanın səadət üsulu
Mьəllif: admin1
Tarix: 24-11-2017, 16:23
İnsanın səadət üsulu
İmam Səccad (ə) buyurur: “Ey Bəni-Adəm, o zaman xoşbəxt olacaqsan ki, daxili və nəfsani nəsihətçin olsun. Əməllərini mühasibə edəsən. Gələcəyə görə xofun (qorxun) üst libası kimi, keçmişə görə qəmin alt libası kimi olsun”.

İmam Səccad (ə) bu nurani hədisdə insan səadətini 4 amildə görmüşdür:
1. Daxili nəsihətverən.
2. Mühasibə.
3. Xof.
4. Vücudi qəm.

Daxili nəsihətverən deyəndə nə nəzərdə tutulur? Bununla bağlı dörd nəzər vardır:
a) Ağıldır. Çünki ağıl – yaxşı ilə pisi ayırd edəndir. İnsana nəsihət verər və ona deyər ki, düz danışmaq yaxşı əməldir, yalan danışmaq isə pis əməldir. Quran buyurur: “Allaha və Onun Peyğəmbərinə (vacib əmrlərində) itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşarsınız və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz”. (“Ənfal” 46).

b) Vicdan. Bu, elə bir qüvvədir ki, dəlilə ehtiyac duymur. Belə ki, insan bilir ki, ədalət yaxşıdır, zülm isə pis əməldir. Daxili və batini dərk qüvvəsidir. O zaman ki, insan pis iş görər, onu danlayar. Onu batini olaraq mühakimə edər və hakimi də vicdan olar.

c) İman. Allaha və məada iman bəsləmək batini nəsihətverən olar ki, onu günahdan saxlayar.

d) Ağıl, vicdan, iman. Bu ehtimala görə, hər üç qüvvə insanın daxili nəsihətverənidir. Daxili nəsihətverən xarici nəsihətverəndən dahatəsirli olar. Çünki insanın batinindən və nəfsindən xəbərdardır və həmişə onunladır.

Mühasibə.
Gördüyün əməlləri hesaba çəkmək və özünü mühasibə etmək ona iki fayda qazandırar:
1. Ziyanın qarşısını alar.
2. Xeyirli işlərə tərəf tələsər.

Xof və qəm.
İnsanın həm gələcəyi vardır, həm də keçmişi. Keçmişdə elə işlər görmüşdür ki, indi gərək onların əvəzini versin, cubran etsin. Bunun amili də qəmdir. Yəni, bu əməlləri düşünmək insanı qəmgin edər. Çünki biz insanların and içmiş bir düşməni vardır ki, Qiyamətə qədər bizdən əl çəkməyəcəkdir və onun adı şeytandır (lən). “Dedi: «Ey Rəbbim, məni (Öz dərgahından uzaqlaşdırmaqla) azğınlığa atdığına görə, mən də yer üzündə (bütün pis işləri) onlar (insanlar) üçün zinətləndirəcək və onların hamısını azdıracağam»”. (“Hicr” 39).
Ona görə də gərək gələcəyimizdən qorxaq ki, əməllərimizi sahmana sala bilək. İmamın (ə) da buyurduğu kimi, gərək xof – üst libasımız, qəm –alt libasımız olsun.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031