Həzrət Əlinin (ə) fəziləti (Kitabı bilən ayəsi)
Mьəllif: admin1
Tarix: 15-12-2018, 10:51
Həzrət Əlinin (ə) fəziləti (Kitabı bilən ayəsi)
وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ


"Kafirlər deyirlər: “Sən göndərilmiş elçi deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və kitabı bilən kimsələrin şahid olması yetər" (Rəd, 43).

İzah: Bu ayədə İslam peyğəmbərinin (s) haqq olması ilə bağlı iki dəlil qeyd olunur: 1. Allah və o həzrətin (s) möcüzəsi olan Quran ayələri; 2. Kitabı bilən kimsə.

Rəvayətlərdə bu fərdin İmam Əli (ə) olduğu bildirilmişdir. Qəribə burasıdır ki, “Nəml” surəsinin 40-cı ayəsində həzrət Süleymanın (ə) tərəfdarlarından biri haqqında heyrətamiz əhvalat qeyd olunmuşdur.

O, Səba padşahının taxtını bir göz qırpımında Süleymanın (ə) yanına gətirmişdi. Quran onu “Kitabın bir hissəsini bilən kimsə” deyə yad edir. Buradan kitabın bütün elmini bilən İmam Əlinin (ə) biliyinin genişliyi və əzəməti aydın olur.

Hədis: İmam Baqir (ə) – "elmi bilən kimsə” ifadəsini izah edərkən – : “Biz Əhli-beyt (ə) nəzərdə tutuluruq. Əli ibn Əbu Talib (ə) Peyğəmbərdən (s) sonra bizim ilkimiz və ən üstünümüzdür." (Kafi, c. 1, səh. 229, hədis: 6).
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031