“Biz Kitabı Öz yanımızda pakladığımız şəxslərə miras etdik” – Ayədə pak olanlar kimdir?
Mьəllif: admin1
Tarix: 6-07-2018, 23:19
“Biz Kitabı Öz yanımızda pakladığımız şəxslərə miras etdik” – Ayədə pak olanlar kimdir?
Quranın bəzi ayələri tam aydın, bəziləri isə mənası tam aydın olmayan, insanı araşdırmağa vadar edən ayələrdir.

Quranda bu kimi, işarə etiyi araşdırılmağa ehtiyac olan ayələrdən biri də fatir surəsinin 32-ci ayəsində “Öz yanımızda pakladığımız şəxslər” ifadəsidir ki, Allah Təala Quranı bu şəxslərə miras verdiyini zikr edir. Ayədə buyrulur:

“Sonra Biz Kitabı Öz yanımızda seçib pakladığımız şəxslərə miras etdik.”

Ayədə Kitabın seçilmiş şəxslərə miras olunduğu qeyd olunur. Ayəyə əsasən Allah Quranın taleyini hər kəsin, sıradan insanların ixtiyarına qoymayıb. Elə isə ayədə zikr olunan “seçilmişlər” kimdir?

Bu barədə Ayətullah Sistaninin dəftərxanasına sual ünvanlanıb:

Cavab:

Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Muhəmməd ümmətinə) miras verdik. Onlardan (ümmətdən) kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə önə keçər. Bu (Kitaba varis olmaq) böyük lütfdür!

Safi təfsirində deyilir:

“Seçib pakladığımız şəxslər”-dən məqsəd xüsusi fak itrətdir (Əhli-Beyt.ə). Mötədil olanlar İmamı tanıyanlar, özünə zülm edənlər zəmanə imamını tanımayanlardır. Yaxşı işlərdə önə keçən isə İmamdır.

İmam Baqirdən (ə) nəql olunan hədisdə deyilir: Xeyir işlərdə öndə gedən İmam, mötədil olanlar İmamını tanıyanlar, özlərinə zülm edənlər İmamını tanımayanlardır. Allahın seçib pakladığı və hər şeyi bəyan edən Kitabı miras qoyduğu kəslər Bizik.

Təfsir-mizanda deyilir:

Seçilmiş, paklanmış şəxslərdən məqsəd sonuncu peyğəmbərin (s) Fatimədən (s.ə) olan pak övladlarıdır. Onlar İbrahim (ə) nəslindəndir. Quran buyurur: “Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini seçib üstün etdi.” (Ali-İmran-33). Həzrət peyğəmbərdən (s) geniş şəklidə nəql olunmuş hədisdə deyilir ki, mən sizin aranızda iki ağır əmanəti: Quran və Əhli-Beytimi qoyub gedirəm. Onlar qiyamətə qədər bir birindən ayrılmazlar.

Ayə seçilmişləri zikr etməklə istisna edir və bütün bəndələrə aid olmadığını vurğulayır. “Öz yanımızda” deməklə xüsusi seçilmiş şəxslərə işarə edir.



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930