Quranda adı keçən “Sabiinlər” kimdir
Mьəllif: admin1
Tarix: 3-01-2022, 20:23
Quranda adı keçən “Sabiinlər” kimdir
Saibiinlər bir tayfa, qövüm olaraq adları Quranda 3 dəfə çəkilir. Bunlar Bəqərə-62, Maidə-69 və Həcc- 17 zikr olunur.

Sabiinlər haqqında fikir müxtəlifliyi çoxdur. Kimi onları Hz. İbrahimin (ə), kimi Hz. Yəhyanın (ə) ardıcılları bilmişdir.

Hətta onları Davud (ə) və ya Nuhun (ə) ardıcılları hesab edənlər də vardır. “Məcməul-bəyan” təfsirində Hz. Davudun (ə) ardıcılları, Zəbura tabe olanlar kimi qeyd olunur.

Sabiinləri tək Allaha sitayiş edən kitab əhli, həmçinin müşrük kimi təfsir etmişlər.

Nəticə budur ki, Sabiinlər iki dəstədir bir qismi tohid dinində olan kitab əhli, digərləri isə ulduza pərəstiş edənlər:

- Kitab əhli olanlar Allaha, kitaba, qiyamətə inanır, namaz və oruc kimi özlərinə məxsus ibadətləri var idi.

Hətta Kəbə evini ziyarət edər, Həcc mərasimi icra edərdilər. Donuz əti və qan yeməz, öz yaxınları ilə evlənməyi haram bilərdilər.

- Müşrük Sabiinlər isə günəşə və ulduzlara sitayiş edir, Allaha şərik qoşurdular.

Qurani Kərim Sabiinləri müsəlmanlar və digər kitab əhli ilə birgə yad etmiş, onlardan Allaha və qiyamət gününə inanlar ifadəsini işlətmişdir:

“İman gətirənlərdən (müsəlmanlardan), musavi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər.” (Bəqərə-62)

Təfsiri-Mizanda Sabiinlər Hz. Yəhyanın ardıcılları kimi qeyd olunur.

Ümumilikdə tarix və təfsirçilər arasında Sabiinlər haqqında yekdil rəy yoxdur. Bir qisim tarixçilər Sabiinləri dir neçə dinlərdən ibarət bir toplum, bir qism isə onları təkallahlı və bütpərəstlərdən ibarət bir qövm bilmişlər.



Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930