Quranda adı keçən “Səbən minəl - məsani” nədir?
Mьəllif: admin1
Tarix: 31-01-2022, 10:03
Quranda adı keçən “Səbən minəl - məsani” nədir?
Qurani Kərimdə “Hicr” surəsinin 87-ci ayəsində belə bir kəlimə zikr olunur:

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ

(Ya Rəsulum!) Biz sənə təkrarlanan yeddi ayəni və (böyük) əzəmətli Quranı verdik.

Hawzahnews xəbər agetliyi Ayətullah Seyyid Sistaninin dəftərxanasına Qurani Kərimdə zikr olunan bu ayə barəsində və ayənin mənası barədə sual ünvanlayıb.

Sualda deyilir:

Qurani Kərimdə zikr olunan “Biz sənə səbən minəl məsani (təkrarlanan yeddiliyi) və əzəməti Quranı verdik” ayəsinin mənası nədir?

Cavab:

-Səbən minəl məsani” (təkrarlanan yedd ayə) kəlməsindən məqsəd Fatihə surəsidir və bu surə bütöv Qurana bərabət tutulub: “Biz sənə səbən minəl məsani (təkrarlanan yeddiliyi) və əzəmətli Quranı verdik”.

Fathə surəsində bütöv Quranın əzəməti və şəni yüksək qiymətləndirilir (əks olunur), Qurana bərabər tutulur. Lakin (təbii ki) onu (Fatihəni) müstəqil Quran hesab etmək olmaz (bu cür düşünmək olmaz).

Səbən minəl məsani (təkrarlanan yeddilik) Quranın bir hissəsidir. Bunu Quranın digər ayəsi də təsdiq edir:

“Allah sözün ən gözəlini bir-birinə bənzər, təkrarlanan bir kitab şəklində nazil etdi. Ondan (Quranın təhdidlərindən), Rəbbindən qorxanların tükləri biz-biz olar, Allahın zikrindən sonra ürəkləri yerinə gəlib qorxuları gedər. Bu (Quran) Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldər. Allahın yoldan çıxartdığı kimsəyə isə heç bir yol göstərən olmaz!” (Zümər-23)

Seyyid Əllamə Təbatəbai Təfsir-Mizanda buyurur:

“Onun (Fatihənin) məsani (təkrarlanan) adlandırılmasını mənası budur ki, bu surənin ayələri biri digərinin halını izah edir, (məna etibarı ilə) bir-birinə bağlanaraq bir-biri ilə uyğunluq təşkil edir”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930