Doğruçular ayəsi
Mьəllif: admin1
Tarix: 28-11-2021, 10:24
Doğruçular ayəsi
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ


"Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun." (Tövbə, 119).

İzah: “صادِقِينَ” (sadiqin) danışığı və davranışı haqqa uyğun olanlara deyilir. “Bəqərə” surəsinin 177-ci ayəsində “صادِقِينَ” (sadiqin) ifadəsi iman gətirən və saleh əməllər edənlərə aid edilmişdir.

“Nisa” surəsinin 69-cu ayəsində isə onlar peyğəmbərlərlə birgə və böyük ilahi nemətlər bəxş edilənlər sırasında verilmişdir. Bütün bunlardan aydın olur ki, həqiqi “doğruçular” bütün varlıqları ilə Allaha iman gətirənlər və can-dildən imanlarının doğru olduğunu sübut edənlərdir. Bu ayə möminləri doğru və düz danışanlarla birlikdə olmağa səsləyir.

Allahın doğru danışanlara itaət etmək əmrində heç bir qeyd-şərt yoxdur. “صادِقِينَ” (sadiqin) dedikdə doğru danışdıqları məlum olan kəslər nəzərdə tutulur.

Bütün bunlar göstərir ki, “doğruçular” sözləri və əməlləri dinə uyğun olan, doğruluqdan və dürüstlükdən başqa bir şey görünməyən məsumlardır (ə).

Hədis: İmam Rza (ə) – yuxarıdakı ayəni izah edərkən – : “Doğruçular”da məqsəd Allaha itaətdə söz və əməlləri doğru olan imamlardır.” (Kafi, c. 1, səh. 208, hədis: 2).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930