Həzrət Yusifin (ə) qəbrinin yerini bilən qoca
Mьəllif: admin1
Tarix: 19-04-2022, 11:30
Həzrət Yusifin (ə) qəbrinin yerini bilən qoca
Həzrət Əbul Həsən (ə) nəql edir: “Ay, Bəni-İsrayil üçün çıxmırdı və davamlı olaraq gizlənirdi. Allah Təala Musaya (ə) vəhy edir ki, Yusifin (ə) Misirdəki sümüklərini çıxartsın və bu halda Ay çıxacaqdır.

Musa (ə) da Yusifin (ə) qəbrinin yerini biləni axtarmağa başlayır.

Həzrətə (ə) deyirlər ki, burada bir qoca vardır ki, o, qəbrin yerini bilir. Həzrət (ə) onun ardınca adam göndərir. Kor və ahıl bir qocanı gətirirlər.

Həzrət (ə) ona buyurur: “Yusifin (ə) qəbrinin yerini bilirsənmi?”.

Deyir: “Bəli”.

Musa (ə) deyir: “Məni ondan xəbərdar edərsənmi?”.

Deyir: “Xeyr, məgər o halda ki, mənə dörd şey əta edəsən. Ayaqlarım yerisin, gözlərim mənə qayıtsın, cavanlığım geri dönsün, məni behiştdə özünlə qərar verəsən”.

Bu istək Musaya (ə) çox ifrat görünür. Allah Təala vəhy edir: “Ey Musa! Nə istəyirsə, ona əta et”.

Həmin qoca Musaya (ə) Yusifin (ə) qəbrinin yerini deyir və Nilin kənarından Yusifin (ə) mərmər sandıqda olan sümüklərini çıxardırlar.

Onu çıxardan kimi Ay çıxır və bu sümükləri Şama aparırlar. Bu səbəbə görə də kitab əhli ölülərini Şama aparırdılar”.
(deyerler.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930