İrfanda hal, məqam, qeyb və hüzur
Mьəllif: admin1
Tarix: 6-12-2018, 11:03
İrfanda hal, məqam, qeyb və hüzur
Hər bir sahədə olduğu kimi irfanın da özünəməxsus terminləri vardır. Bu yazıda hal, məqam, qeyb və hüzur terminləri ilə tanış olaq.

1 və 2. Hal və məqam

İxtiyarsız olaraq arifin qəlbinə daxil olan “hal” adlanır.

Arifin kəsb etdiyi vəziyyət məqam adlanır.

Hal ötəridir, məqam isə baqidir. Bəziləri deyirlər ki, hallar işıq kimi saçır və sönürlər.

Ariflər bu işıqları ləvaih, ləvame və təvale də adlandırıblar. Bunlar o saçan işıqların mərtəbə, səviyyə, müddət və bəqası əsasındadır.

3 və 4. Qeyb və hüzur

Qeyb, arifin öz ətrafından xəbərsizlik halıdır. Arifə üz verən bu halda o, özündən və ətrafından xəbərsiz olur. Onun bu xəbərsizlik halının səbəbi budur ki, arif o zaman Rəbbinin hüzurundadır. Yəni arif üçün qeyb halı ilə eyni zamanda hüzur halı baş verir.

Mümkündür ki, qeyb və hüzur halında arif üçün bir sıra hadisələr baş versin, lakin onun bundan xəbəri olmasın.

Ariflər bu hal barədə bir sıra hekayələr də nəql ediblər. O cümlədən Qüşeyri yazır:

Əbu Həfs Həddad Nişapurinin öz dəmirçilik sənətini tərk etməsinin səbəbi bu oldu ki, o dükanında oturmuşdu və öz işi ilə məşğul idi.

Bir nəfər Qurani-kərimdən bir neçə ayə tilavət etdi. Bir hal onun qəlbinə hakim oldu ki, özündən xəbərsiz oldu. Əbu Həfs diqqət etmədən əlini kürəyə salıb oradan qızarmış dəmiri çıxartdı. Bunu görən şagirdi “nə edirsən?” deyə qışqırdı. Əbu Həfs özünə gəldi. Bu hadisədən sonra o, öz sənətini tərk etdi.

Qüşeyri yenə yazır:

Şibli Cüneydin yanına gəldi. Cüneydin həyat yoldaşı oturmuşdu. O, yerindən qalxıb getmək istədi. Cüneyd dedi: Şibli özündən xəbərsiz bir haldadır. Otur. Cüneydin arvadı oturdu.

Bir müddətdən sonra Cüneyd, Şibli ilə söhbət etdi. Şibli yavaş-yavaş ağlamağa başladı. Cüneyd həyat yoldaşına dedi: İndi hicabını ört, çünki Şibli artıq özünə gəlməkdədir.

Hafiz yazır:

Hər xeyr ki, eşitdim, heyrətə gətirdi məni

Bundan sonra mən, saqi, hal və bixəbəri

Allah övliyaları üçün namazda baş verən halı ariflər onun özündən və öz ətrafından tamamilə xəbərsizlik halı adlandırırlar.

Əlbəttə, övliyalar üçün baş verən bu hal qeyb halından daha yüksək bir məqamdır. Bu məqam barədə ayrıca söhbət edilmişdir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031