Böyük qeyb dövründə həzrət Mehdinin (ə) məkanı haradadır?
Mьəllif: admin1
Tarix: 13-05-2016, 10:25
Böyük qeyb dövründə həzrət Mehdinin (ə) məkanı haradadır?
Bir çox rəvayətlərdən məlum olur ki, Sahibəzzaman nəinki müqəddəs sərdabədə deyil, hətta onun heç bir daimi məkanı yoxdur.
İmam Mehdi (ə) İbrahim ibn Məhzyara xitabən buyurur: “Atam mənə vəsiyyət edib ki, məxfi və uzaq yerlərdə məskən salıb azğın insanların pisliklərindən amanda qalım. Bu vəsiyyət məni uca dağlara çəkib apardı.” (“Bihar”, c. 99, s. 108)
Bəli, bəzi rəvayətlərə əsasən, həzrət Mehdinin (ə) yalnız xüsusi şiələrə məlum olan müəyyən məkanı vardır.
İshaq ibn Əmmar imam Sadiqdən (ə) belə nəql edir: “Qaim üçün iki qeyb var: biri qısa, o biri uzun. Qısa qeyb dövründə xüsusi şiələrdən savay kimsə onun yerini bilməz. Böyük qeyb dövründə yalnız ən yaxın dostlar onun yerindən xəbər tutar.” (“Kafi”, c. 1, s. 340)
http://nur-az.com/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930