“İmamlar (ə) adi məsələlərdə qeyb elmindən istifadə etməzdilər”
Mьəllif: admin1
Tarix: 23-04-2016, 21:16
“İmamlar (ə) adi məsələlərdə qeyb elmindən istifadə etməzdilər”
Ayətullah Cavadi Amuli tələbələrlə görüşən zaman buyurmuşdur: “Əhli-Beyt (ə) üçün salavat göndərmək, xüsusilə də namazın təqibatlarında iki xüsusiyyətə malikdir:
biri odur ki, onların göstərişlərinə əməl etmək tövfiqi insana nəsib olar. O biri isə budur ki, adları insanın ruh və zehnində mələkə halını alar. Qəbir suallarına cavab verə bilər. Biz bilirik ki, İmamların (ə) söz və əməli bizim üçün hüccətdir. Allah onlara bu kamalı vermişdi ki, qeyb elmindən istifadə etsinlər. Ancaq onlar adi məsələlərdə qeyb elminə əməl etməzdilər.
Əgər haqqın, batilin, haram və halalın nə olduğunu bilmək istəyiriksə, bunu Əhli-Beytin (ə) vasitəsilə başa düşürük. Bu sahədə itrət ilham və qeyb elmi ilə hərəkət edərdilər.
Əgər kimsə imamət məqamına çatıbdırsa, mütləq qeyb elmi olmalıdır. Ancaq əgər imamət məqamına çatmayıbdırsa, qeyb elmini isbat etməlidir.
Başqa bir tərəfdən hər kim ki, İmamdır – qeyb elmi olmalıdır. Ancaq bu, o mənanı vermir ki, hər kim ki, İmam deyildir, qeyb elminə malik ola bilməz. Həzrət Zəhra (s.ə) haqqında deyirlər ki, Peyğəmbərin (s) rehlətindən Xanımın (s.ə) şəhadətinə qədər Cəbrayil (ə) davamlı olaraq onun yanına gəlib-gedirdi.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər kimsə mənim məhkəməmə gəlsə və mənim məhkəməmdə və əlimdə olan mala görə yalandan and içsə, məbada deyər ki, mən haqqı Peyğəmbərin (s) əlindən almışam. Xeyr, bu mal – atəşin bir parçası olan haram maldır. Çünki biz zahirə əsasən əməl edirik ki, insanlar azad şəkildə öz yollarını seçə bilsinlər”.
Məsumların (ə) qeyb elmindən nə zaman istifadə etdikləri barəsində özləri buyurur ki, biz zərurət olan zaman ancaq qeyb elminə əməl etmirik, adi məsələlərdəki sübutlara da əməl edirik.
Bəzən İlahi övliyaların imamət məqamını təsdiq etmək üçün Allah onları düçar edərdi. Necə ki, Leylətul-məbitdə olduğu kimi. İlahi imtahan və iftixar idi və İmam Əlinin (ə) məqamını təsdiq edirdi.
Allah Təala “Əhqaf” surəsində Peyğəmbərə (s) buyurur ki, keçmiş ümmətlərin macəralarını bil və İbrahimi, Salehi, Yaqubu yada sal ki, çətinliklərdə aram olasan və ümmətin də onlardan ibrət alsın.
Ad – üsyünkar bir qövm idi və Hud onların peyğəmbəri idi. O, öz qövmünə deyir ki, əgər bütpərəstliyi tərk etməsələr, əzaba düçar olacaqlar. Bu əzab dünyalarına aid idi və əlbəttə, Qiyamətdə kafirlər atəşə düşəcəklər.
Hud deyir ki, əzab qətidir, ancaq hansı zamanda olacağının elmi Allahın yanındadır. Ad qövmü gördü ki, üfüqdə buludlar meydana gəldi, elə bildilər ki, yağış yağacaq. Ancaq Hud dedi ki, bu bulud sizi həlak etmək üçün gəlmişdir. O külək ağrılı əzab gətirir. Ad qövmü səhər olmamış İlahi əzaba düçar oldular. Allah Təala bu ayənin davamında Həzrət Peyğəmbərə (s) buyurur ki, möhlət vermək bizim əsil işimizdir. Belə deyildir ki, hər kəs azad şəkildə fırlansın və hər nə istəyir etsin, Bizim də onunla işimiz olmasın.
Ad qövmünün o qədər mal-dövləti, evləri və torpaqları var idi ki, Peyğəmbərin (s) qövmünün sərvəti ona çatmaz. Quran bu mövzuya işarə edərək, Peyğəmbərə (s) buyurur ki, Hicaz təkəbbürlülərinə de ki, sizdən əvvəl daha güclü qövmlər var idi ki, siz onların qarşısında heç bir şey deyilsiniz. Ona görə də mal və dövlətinizlə qürurlanmayın.
İnsanın təsdiq və inkarı gərək tədqiq edilmiş olsun. Əks halda elə bir gün gələcəkdir ki, insan dili, qulağı və dərki qarşısında məsul olacaqdır”. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930