Ayətullah Cavad Amuli: “Elə bir iş görməyək ki, İlahi əzaba düçar olaq”
Mьəllif: admin1
Tarix: 6-03-2024, 14:19
Ayətullah Cavad Amuli: “Elə bir iş görməyək ki, İlahi əzaba düçar olaq”

Ayətullah Cavad Amuli: “Gərək ehtiyatlı olaq və elə bir iş görməyək ki, İlahi əzaba düçar olaq. Gərək milləti, rəhbəri və dövləti dua vasitəsilə hifz edək və əgər münaqişə varsa, qanun vasitəsilə və rəhbərin bəyanatı ilə həll olunmalıdır.

Ayətullah Cavad Amuli öz təfsir dərsində hal-hazırkı vəziyyəti haqda deyir: “Münaqişə üç cür olur:

1. Elmi münqaişədir ki, rəhmət və bərəkətə bais olar.

2. Hüququ münqaişədir ki, qanun vasitəsilə aradan qaldırıla bilər.

3. İlahi əzaba səbəb olan münaqişədir ki, ancaq nalə, sızlama və gecə oyaq qalma ilə aradan qaldırıla bilər.

Gərək elə bir iş görməyək ki, İlahi əzaba düçar olaq. Bizim qurum - Peyğəmbərin (s) İslamın əvvəllərində təsis etdiyi hökumətdir.

Heç kim inana bilmirdi ki, qələbə çalacağıq. Necə ki, Peyğəmbərin (s) nə düşmənləri və nə də dostları İslam dininin qələbə çalacağını gözləmirdilər.

Biz möminlərin qorxusunu onların qəlbinə salmışıq. Kafirlərin hər nəyi vardı, buraxıb, qaçmışdılar. İslami quruluş Səfəvi, Qacar dövrü kimi deyildir ki, biri gedəndən sonra o birisi onun yerinə gəlsin.

Əgər bu sistem aradan getsə, Allah etməmiş əgər zərər görərsə ki, görür, əlimizdən getdi deməkdir və bu halda heç bir iş görmək mümkün deyildir”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930