Ayətullah Cavad Amuli: “Hikmət və ədalətin mehvəri Əli (ə) ətrafındadır”
Mьəllif: admin1
Tarix: 7-03-2015, 21:10
Ayətullah Cavad Amuli: “Hikmət və ədalətin mehvəri Əli (ə) ətrafındadır”

Ayətullah Cavad Amuli demişdir: “Peyğəmbər (s) Allahdan istəmişdir ki, dünyanın bütün məxluqlarını Əli (ə) ətrafında idarə etsin və bütün hikmət, ədalət, mənəviyyat... fəzilətlərini də Əli (ə) ətrafında qərar versin”. (abna)
Ayətullah Cavad Amuli beynəlxalq festivalda İmam Əlinin (ə) göstərişlərindən birinə işarə edərək, demişdir: “O kəslər ki, Qurana və itrətə (Peyğəmbərin (s) qohumlarına) xidmət edərlərsə, İlahi insanlardırlar”. Bu fürsət beynəlxalq festivalın tədqiqatçıları, fəalları və təşkilatçıları üçün yaranmışdır. Ondan istifadə etmək lazımdır. İmam Əlinin (ə) bu kəlamı bizlərə ümid verir. Beləliklə, İlahi insanlar o kəslərdir ki, elmləri Quran ətrafındadır. İlahi insanlar baxırlar ki, Quran nə deyir və Quran həmin bu insnaların vasitəsilə cəmiyyətdə yayılır. Əziz Peyğəmbərimiz (s) duasında deyirdi: “Ey Allah! Sizdən gələn hər şey haqdır və mümkünlər dünyasında olan hər bir haqq da Sizdəndir. Mümkünlər dünyasının nəzmi vardır, orbiti və çevrəsi vardır. Ey Allah! Haqq nizamının mehvərini Əli (ə) ətrafında qərar ver ki, bu haqq nizamında hər nə ki, haqdır, Əli orbitinə qayıtsın”. Peyğəmbər (s) Allahdan istəmişdir ki, mümkünlər dünyasının bütün məxluqlarını Əli (ə) ətrafında idarə etsin və bütün hikmət, ədalət, mənəviyyat... fəzilətlərini də Əli (ə) ətrafında qərar versin. Peyğəmbərin (s) mübarək vücudu ilə İmam Əli (ə) vahid nur idilər. Ümid edirəm ki, bütün tədqiqatçılar bu hidayətə şamil ediləcəklər”.
O, ölümü iki hissəyə: təbii və mənəvi hissəyə bölərək demişdir: “Təbii ölüm odur ki, insan ölümə qalib gəlsin və onu əldən salsın. Təbii ölümdə insan dəfn edilir, ancaq harda olsursa-olsun, qalibdir. Mənəvi ölüm zamanı isə insan gah elmi cəhalətlə, gah əməli cəhalətlə, gah da qəzəb və şəhvətlə vuruşur, qalib gəlsə də, məğlub olsa da əldən düşür. Əgər istəyiriksə mənəvi ölümdə qalib gələk, gərək İmam Əlinin (ə) o müraciətinə diqqət edək. Yəni o tədqiqatçılar və alimlər ki, Quran və itrətin xidmətindədirlər - onlar İlahi insanlardırlar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930