Ayətullah Cavad Amul: Dini liderlər kütləvi qırğın silahlarına qarşı çıxmalıdır
Mьəllif: admin1
Tarix: 30-05-2014, 17:47
Bцlmə: Xəbərlər
Ayətullah Cavad Amul: Dini liderlər kütləvi qırğın silahlarına qarşı çıxmalıdır

"Əks halda dünya deyə bir şey qalmayacaq"
İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, təqlid mərcələrindən Ayətullah Cavad Amuli təkallahlı dinlər prizmasında dünyanın zorakılıq və ifratçılıqdan təmizlənməsinə həsr edilmiş beynəlxalq konfransda çıxış edib.

İslam dininin kütləvi qırğın silahlarına qarşı olduğunu bildirən Ayətullah Cavad Amuli bu mövqenin Həzrət Məhəmməd (s) peyğəmbərin həyatında və davranışında göründüyünü deyib.

Ayətullah Cavad Amuli İslam dünyası, xristianlar, dünya ziyalıları və öndərlərinin zorakılıq, terrorizm, təkfirçi düşüncə ilə mübarizə və kütləvi qırğın silahlarına qarşı birlikdə hərəkət etmələrinin vəzifə olduğunu bildirib və onları həssas olmağa çağırıb. Əks halda 3-cü dünya müharibəsi başlayarsa, dünya deyə bir şey qalmayacağını vurğulayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930