İMAM HƏSƏN ƏSKƏRİ (Ə) ÖZÜNDƏN SONRAKI İMAM (Ə.C.) VƏ ONUN QEYB DÖVRÜNDƏN XƏBƏR VERİR!
Mьəllif: admin1
Tarix: 8-12-2016, 20:26
İMAM HƏSƏN ƏSKƏRİ (Ə) ÖZÜNDƏN SONRAKI İMAM (Ə.C.) VƏ ONUN QEYB DÖVRÜNDƏN XƏBƏR VERİR!
Əhməd ibn İshaq belə nəql edir: Bir gün imam Həsən Əskərinin (ə) hüzuruna getmişdim. O həzrətdən sonrakı imamın kim olacağını öyrənmək istəyirdim. İmam Həsən Əskəri (ə) mənim suallarımdan öncə buyurdu: “Ey Əhməd ibn İshaq! Allah-Taala yer üzünü həzrət Adəmin (ə) yaranışından indiyə qədər höccətsiz qoymayıb və qiyamət gününə qədər də qoymayacaq. Elə bir höccət (nümayəndə) ki, onun vasitəsilə yer əhlindən bəla dəf edilir, yağış yağdırılır və yer öz bərəkətlərini üzə çıxarır.” Mən o həzrətdən soruşdum: “Yəbnə Rəsulillah – Ey Peyğəmbərin övladı! Sizdən sonra kim imam olacaq?”

İmam Həsən Əskəri (ə) ayağa qalxıb otağa daxil oldu və qucağında on dörd gecəlik aytək parlayan üçyaşlı bir uşaqla geri döndü və buyurdu: “Ey Əhməd! Əgər Allahın dərgahında və bizim yanımızda məqam sahibi olmasaydın, oğlumu sənə göstərməyəcəkdim. Onun adı Rəsulullahın (ə) adı ilə eynidir. O, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır. Ey Əhməd! Onun bu ümmətin arasındakı məsəli həzrət Xızrla Zülqərneynin məsəli kimidir. Allaha and olsun ki, o, qeybə çəkiləcək və qeyb dönəmində onun imamətinə möhkəm bağlanan, imamət xəttində sabitqədəm qalan və zühurunun tezləşməsi üçün dua edən şiələrdən başqa, heç kim nicat əhlindən olmayacaq.”

O həzrətdən soruşdum: “Ey mənim ağam! Bu uşağın Ali-Muhəmmədin (s) Qaimi olmasına dair bir nişanə varmı ki, qəlbim xatircəm olsun!” Bu zaman üçyaşlı uşaq dil açıb dedi:

اَنَا بَقِیَّةُ اللّهِ فِی اَرْضِهِ وَالْمُنْتَقِمُ مِنْ اَعْدائِهِ فَلا تَطْلُبْ اَثَرا بَعْدَ عَیْنٍ یا اَحْمَدَ بْنَ اِسْحاق؛

“Mən yer üzündə Allahın son höccəti, nümayəndəsiyəm və Onun düşmənlərindən intiqam alacağam. Ey Əhməd ibn İshaq! İndi ki, həqiqəti öz gözünlə gördün, bir daha nişanə istəmə!”

Əhməd ibn İshaq həm sualın cavabını öyrəndiyi, həm də Allahın son səfirini görüb ziyarət etdiyi üçün sevinə-sevinə İmamla (ə) xudafizləşib getdi. Ertəsi gün yenə imam Həsən Əskərinin (ə) hüzuruna gəlib dedi: “Yəbnə Rəsulillah – Ey Peyğəmbərin övladı! Dünən mənə o qədər lütf və mərhəmət göstərdiniz ki, sevincimdən zehnimdəki sulları soruşmağı unutdum. Amma dünən buyurdunuz ki, son imam həzrət Xızrla Zulqərneyn kimi olacaq! Nəyi nəzərdə tuturdunuz?

İmam Həsən Əskəri (ə) buyurdu: “Onun qeyb dövrü uzun çəkəcək.”

Mən təəccüblə: “Ey Peyğəmbərin övladı! Onun qeyb dövrü uzun çəkəcəkmi?” – deyə soruşduqda, İmam (ə) buyurdu: “Allah and olsun ki, bizim imamət və vilayət xəttimizə möhkəm bağlanan, qəlbi imanla dolu olan və ilahi ruhla təsdiqlənən kəslərdən başqa, onun imamətinə inananların çoxu öz inanclarından dönəcək. Ey Əhməd! Sənə dediklərim ilahi sirlərdəndir, bunu başqalarından gizli saxla və şükür et ki, behiştdə bizimlə birgə olasan!” (“Kəmalud-din və təmamun-nemət”, Şeyx Səduq, 1-ci cild, səh.603, 32-ci bölüm, hədis 16.)

Rza Şükürlü
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031