Həvvanın yaranışı
Mьəllif: admin1
Tarix: 12-07-2020, 12:00
Həvvanın yaranışı
Adəmin zövcəsi Həvvanın yaranışı necə olmuşdur?

Qurani-kərim Adəmin zövcəsinin yaranışı haqqında bir dəfə söz açaraq buyurmuşdur:

«يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً»

“Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən və onun cinsindən zövcəsini yaradan və o iki nəfərdən də çoxlu kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” (“Nisa” surəsi, ayə 1)

“Xələqə minha” cümləsindəki “min” ədatı cins bildirmək üçündür. Yəni Adəmin zövcəsini onun cinsindən yaratdıq və yer üzündəki bütün insanların kökü bir-birinə oxşar və torpaqdan yaranmış bir kişi və qadındandır.

Adəmin zövcəsinin ona bağlayıcı ilə bağlanmasına diqqət etməklə yaradılışın necəliyi və onun mərhələləri də eynilə Adəmin yaranışı kimi olmalıdır. Ayənin məqsədi fərqliliklə mübarizədir. Çünki bütün insanlar bir ər-arvaddan törəmişlər və birinin digər birisindən (yaranış baxımından) üstünlüyü yoxdur.

Bəziləri “min” ədatını qisim, parça və bəzilik mənasına götürərək ayəni belə təfsir edirlər: Adəmin zövcəsi Adəmin hissələrinin bir hissəsindən yaradılmışdır. Bəziləri də qeyri-mötəbər hədisə istinad edərək onun bu mövzunu təsdiqlədiyini və Allahın Həvvanı Adəmin qabırğasından yaratdığını deyirlər.

Lakin bu təfsir iki cəhətdən əsassızdır:

1. Mütləq şəkildə zövcələrin yaranmasına aid olan ayələrdə bu cümləyə oxşar bir cümlə işlənmişdir:

«وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا»

“Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün öz cinsinizdən zövcələr yaratması... da Onun dəlillərindəndir.” (“Rum” surəsi, 21; “Nəhl” surəsi, ayə 72; “Şura” surəsi, ayə 11; “Zariyat” surəsi, ayə 49)

2. Adəmin zövcəsinin onun qabırğasından yaranması Tövratda gəlmişdir. (“Tövrat, səfəri-təkvini”, fəsl 2, cümlə 21, London çapı, Fazil Xani, 1856)

Bu kimi rəvayətləri yəhudi alimləri özləri düzəltmişlər və onları İslam hədislərinə daxil etmişlər. Bizim bir sıra rəvayətlərimizdə belə yaranmanı şiddətlə təkzib edilmişdir. (“Təfsiri Əyyaşi”, c. 1, səh. 216, hədis 7)

Mənbə: Cəfər Sübhani Təbrizi, “Mənşuri cavid”, c. 11, səh. 109-110.
Cəfər Sübhani Təbrizi, “Əndişehayi cavid”, c. 2, səh. 49.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930