“Allah Həvvanı Hz. Adəmin bir parçasından yaradıb” - fikri doğrudurmu?
Mьəllif: admin1
Tarix: 17-01-2018, 23:08
“Allah Həvvanı Hz. Adəmin bir parçasından yaradıb” - fikri doğrudurmu?
İnsanlar arasında məşhur olan, dillərdə dolaşan fikirlərdən biri də Həvva anamızın Hz. Adəmin bir parçasından, yaxud torpağının artığından yaranması məsələsidir. Doğurdanmı bu belədir?

Bu barədə Hövzə Xəbər Agentliyi sual ünvanlayıb və Ayətullah Cavad Amilinin sual-cavab bürosunun gondərdiyi cavab Beynəlxalq İsra Müəssisəsinin elektiran saytında yayımlanıb.

Sual: Doğrudurmu Allah Təala Həvvanı Hz. Adəmin qabırğasından, yaxud bədəninin bir parçasından yaradıb?

Cavab: "Hz. Adəmin və Həvvanın bir torpaqdan yaranması məsələsini bəzi rəvayətlər təkid edirlər. Bunu bəzi Quran ayələrindən də ələ gətirmək olur. Lakin bu barədə olan ayələr bir-birini tam açıqlamır. Allah Təala Quranda buyurur:

“Ey insanlar rəbbinizdən qorxun! O Allah ki, sizi vahid nəfsdən yaratdı və ondan (vahid nəfsdən, candan) zövcəsini yaratdı və onlardan da bir çox kişi və qadınlar törədi.

(Nisa-1)

Bu mübarək ayədəki “vahid nəfs”dən məqsəd cövhər, zat, əsildir. Yəni bir şeyin özünün var olması, varlıq həqiqətidir. Burda məqsəd ruh və bu kimi şeylər deyil. Hz. Həvvanın yaradılışı barədə olan istinad olunamsı mənbə bu ayədir və ələ gələn budur ki:

Birincisi bütün insanların (Kişi və qadın. Çünki ayədə “nas” deyilir, yəni cəmi insan) xiıqəti bir şeydəndir(tərkibdən). Hər kəsin yaradılışı vahid bir maddədən nəşət tapıb.

İkincisi ilk qadın olan Həvva ilk kişi olan Adəmin yarandığı şeydən (tinət, maddə) yaranıb, başqa şeydən yaranmayıb. Bu o demək deyil ki, Həvva Hz. Adəmin (ə) bir hissəsidir, yaxud bədəninin artığındandır, yaxud ondan qopmuş bir parçadır. Əksinə Allah qadını kişini yaratdığı “zat” və əsil”dən yaradıb. Xilqət və yaradılış baxımından kişinin qadın üzərində bir üstünlüyü, bir seçilmiş cəhəti yoxdur.”



Yaşar Nuriyev


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930