Ailə və evdarlıq normaları
Mьəllif: admin1
Tarix: 12-11-2018, 11:36
Ailə və evdarlıq normaları
Ər-arvad arasında sevgi

وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ

"Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun nişanələrindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır." (Rum, 21).

İzah: Bir çox Quran ayəsi möminləri ailə qurmağa rəğbətləndirir. Bəzi dinlərdən fərqli olaraq, İslama görə evlilik Allaha yaxınlaşma, Şeytandan və nəfsani ehtiraslardan uzaqlaşma amilidir.

Allah-Taala ailə qurmağı aramlıq və mehribanlıq səbəbi, ər-arvad arasında sevgi və ülfəti isə öz lütf və qüdrətinin nişanəsi hesab etmişdir. Quran məntiqində ailə qurmağın əsas məqsədi ruhi təskinlik və Allaha daha yaxşı bəndəlik etmək üçün zəmin yaratmaqdır.

Hədis: İmam Səccad (ə): “Qadının haqqı odur ki, Allahın onu təskinlik vasitəsi olaraq yaratdığını, sənə nemət olaraq bəxş etdiyini biləsən. Nəticədə ona hörmət edəsən və mülayim olasan.” (Mən la yəhzurul-fəqih, c. 2, səh. 631, hədis: 3214).
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930