Əgər şücaətli və insan tərbiyə edən qadınlar millətlərdən götürülərsə...
Mьəllif: admin1
Tarix: 17-08-2018, 22:53
Əgər şücaətli və insan tərbiyə edən qadınlar millətlərdən götürülərsə...
Bu dünyada yaranan canlıların bir çoxu cüt yaradılmışdır. Canlıların cüt yaradılmasının səbəbi budur ki, Həkim və Qüdrətli Allah öz hikmətinə əsasən bu iki varlığı bir-biri ilə həmahəng etmişdir ki, bir yerdə yaşaya bilsinlər. Yəni, canlıların cüt yaradılmasındakı hədəf – onların bu yolla kamala çatmasıdır.

Qurani-Kərim bu haqda buyurur: “Allah sizi (Adəmin nəslini əvvəlcə) torpaqdan, sonra nütfədən yaratdı, bu zaman sizi (erkək və dişi) cütlər etdi”. (“Fatir” 11).

“Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi”. (“Nəhl” 72).

“Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil)öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

Adətən bir zavodda iki müxtəlif metalı bir-biri ilə həmahəng etmək üçün onun xüsusiyyətlərinə diqqət edir və əriyən zaman bir-birinə qarışa biləcəyinə nəzər salırlar. Qüdrətli Allah da qadın və kişini yaradan zaman onların cismi və ruhi fərqlərinin olmasına baxmayaraq, hisslərini elə xəlq etmişdir ki, bir-biir ilə həmahəng ola bilsinlər və bir-birini kamala çatdıra bilsinlər. Bu yolla ülfət və dostluq bağları qurulsun. Gələcək nəslin artması təmin olunsun.

Qadın və kişi elə yaradılmışdır ki, bir-birinin ehtiyaclarını ödəyə bilsinlər və bir-birini tamamlasınlar. Hər bir qadının həyatı kişi olmadan və ya hər bir kişinin həyatı qadın olmadan natamam olar. Onların arasında olan bu dəqiq həmahənglik müdrik Allahın xilqətinin şah əsəridir.

Rəhmətlik İmam (r) qadınlar haqqında buyurur: “Əgər şücaətli və insan tərbiyə edən qadınlar millətlərdən götürülərsə, millətlər məğlub olmağa tərəf yönələrlər”.

Əgər tarixə nəzər salsaq, insan tərbiyə edən və şücaətli çox sayda qadınları görə bilərik. O cümlədən Musanın (ə) anası, Fironun həyat yoldaşı Asya, Məryəm (s.ə), Fatimeyi-Zəhra (s.ə), Xədiceyi-Kubra (s.ə), Zeynəb (s.ə), Rübab...

Əgər bu qadınlar olmasaydı, insanın xilqəti natamam və naqis olardı. Əgər qadınlar olmasaydı, bəşər nəsli kəsilərdi. Əgər qadınlar olmasaydı, kişilərin həmdəmi olmazdı.

Hzərət Peyğəmbər (s) buyurur: “Behişt dörd qadının müştaqıdır: İmranın qızı Məryəm (s.ə), Məzahimin qızı və Fironun həyat yoldaşı Asya, Peyğəmbərin (s) həyat yoldaşı Xədicə (s.ə), Muhəmmədin (s) qızı Fatimə (s.ə)”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930