Alimlə görüşən, sanki Peyğəmbərin (s) özü ilə görüşmüşdür
Mьəllif: admin1
Tarix: 26-11-2018, 12:55
Alimlə görüşən, sanki Peyğəmbərin (s) özü ilə görüşmüşdür
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim alimi görməyə və ziyarətinə gedərsə, sanki məni ziyarət etmiş kimi olar.

Hər kim alimə əl verər, sanki mənə əl vermiş kimi olar.

Hər kim alimlə yoldaş olar, sanki mənimlə yoldaş olmuş kimi olar.

Hər kim dünyada mənimlə yoldaş olar, axirətdə də mənim yoldaşım olar”.

Alimlər niyə qəribdirlər?

İmam Cavad (ə) buyurur: “Alimlər, cahillərin çoxluğuna görə qəribdirlər”.

Alimlərdən bəhrələnənlər başqalarını rahatlıqla hidayət edə bilərlər.

İmam Həsən Müctəba (ə) buyurur: “Hər kim alimlərlə çox oturub-durar – danışığı və sözlərində, həqiqətləri bəyan etməkdə aydın və azad olacaqdır. Düşüncələri açıq olacaq və inkişaf edəcəkdir. Məlumatları artacaqdır. Başqalarını rahatlıqla hidayət edə biləcəkdir”.

Hansı alim 70 min abiddən üstündür?

İmam Muhəmməd Baqir (ə) buyurur: “O alim ki, öz elmindən fayda alar, 70 min abiddən daha üstündür”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031