Mənəvi pay istəyənlər bu insanlarla yoldaş olsun
Mьəllif: admin1
Tarix: 3-12-2021, 10:31
Mənəvi pay istəyənlər bu insanlarla yoldaş olsun
İnsan üçün hər şeydən önəmli onun Allah rizasını qazanmasıdır. Yəni Allah Təalanın səndən razı olması. Bu ən ali hədəf, ən ali niyyətdir.

Yəni bütün əməl və niyyətlərin müqabilində Allah dürsun. Belə olan halda insan müqəddəsləşir və dəyər qazanır. Bunun əksi isə bütün niyyətlərin arxasında insan özü durur. Bu niyyət istər cəhənnəm qorxusu ilə olsun, istər cənnət həvəsi ilə olsun.

Öz əməl və niyyətlərini sırf Allah rizası üçün tənzimləyən insan mərhələ-mərhələ, zaman-zaman ruhən, mənən paklaşır və bu paklaşma onun əməllərində və simasında özünü göstərməyə başlayır.

İmam Sadiq (ə) bu cür insanları tanıttıraraq buyurur:

Cənnət əhli bu əlamətlərlə tatınar:

Gülər üz və mehriban olar, Lətif və şirin dilli olar, Rəhimli, mərhəmətli qəlbə sahib olar Səxavətli ələ (ürəyə) sahib olar. (Məvaziul-ədəbiyyə-230)

Bu kimi xoş əlamətlər cəm olan insan dünyada mərifət, axirətdə cənnət və şəfaət əhlidirlər. İlahi mərifət bu dünyanın ən böyük neməti, cənnən isə ilahi rəhmət olaraq bu mərifətin mükafatı kimi insane verilən bir lütüfdür.

İmamın (ə) bu hədisi şərifi insanı bu cür olmağa dəvət edir. Yaxud da bu cür insanlarla birgə olmağı tövsiyyə edir ki, insanlar onlardan mənəvi və ədəbi bəhrə aparsın.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930