Cahilin 70 günahı bağışlananda, alimdən 1 günah bağışlanar
Mьəllif: admin1
Tarix: 8-05-2022, 10:39
Cahilin 70 günahı bağışlananda, alimdən 1 günah bağışlanar
O dağın ki, hündürlüyü çoxdur, dərələri də daha dərin olar. Hədislərin birində oxuyuruq: "Cahilin 70 günahı bağışlanar, ondan əvvəl alimdən bir günah bağışlanar”.

Yəni, alimlə cahilin məqamı eyni deyildir. Əgər Allah Təala cahilin 70 günahını bağışlayırsa, bu zaman alimdən cəmi bir günahı bağışlayar. Çünki alim bir günah edəndə əslində iki günah etmiş olar: biri günahın özüdür, biri də İslamın abrına ləkə vurmaqdır.

Ona görə də o zaman ki, xeyir iş görər, onun üçün iki savab olar: dini təbliğ etmiş olar və həmin əməlin savabı olar.

İnsan dəyərinin əsil meyarı İlahi qürb məqamına çatmaqdır. "Sizi Bizim dərgahımıza yaxınlaşdıran nə mal-dövlətiniz, nə də övladlarınızdır. Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində ikiqat mükafat vardır və onlar cənnət otaqlarında əmin-amanlıq içindədirlər”. ("Səba” 37).

Ona görə də bütün meyarlar bu iki mövzuya qayıdır: imana və saleh əmələ. Hər kəsin hansı zaman və məkandan asılı olmayaraq iman və saleh əməlinin dərəcələri müxtəlifdir.

Əgər insanın imanı və saleh əməli olmazsa, elmi ona heç bir fayda verməz. Elm o zaman faydalı olur ki, Allah yolunda insanlara xidmət edir və insanları Allaha yaxınlaşdırır.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər alimlə əyləşməyin, məgər o alimlə ki, sizi beş şeydən beş şeyə tərəf dəvət etsin: şəkdən – yəqinə, düşmənçilikdən – xeyirxahlığa, təkəbbürdən – təvazökarlığa, riyadan – ixlasa, dünyaya əlaqədən – ona etinasızlığa”.

Həzrət Peyğəmbər (s) buyurur: "Alimlər – yerin çırağı, peyğəmbərlərin (ə) canişinləri, mənim və peyğəmbərlərin (ə) varisləridir”.

İmam Baqir (ə) buyurur: "O alim ki, elmindən bəhrələnərlər, 70 min abiddən daha üstündür”.

İmam Əli (ə) buyurur: "Alim diridir, baxmayaraq ki, ölü olsa belə. Cahil ölüdür, baxmayaraq sağ olsa belə”.

Həzrət Peyğəmbər (s) buyurur: "Loğman oğluna buyurur: "Oğlum! Davamlı olaraq alimlərin məclislərində ol! Müdrikcəsinə sözlər eşit ki, Allah ölmüş qəlbi hikmət nuru ilə dirildər, necə ki, ölmüş torpağı yağışla dirildər””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930