Bu gün İmam Zamanın (ə.f) imamət dövrünün başlaması günüdür
Mьəllif: admin1
Tarix: 7-11-2019, 11:06
Bu gün İmam Zamanın (ə.f) imamət dövrünün başlaması günüdür
Ümumbəşəri xilaskarın gəlməsinə etiqad demək olar ki, bütün səmavi və qeyri səmavi dinlərin etiqadi əsaslarındadır.

İslami dininə əsasən “Məhdəviyyət” adlanan bu düşüncə (etiqad) 12-ci imamın, İmam Mehdinin (ə.f) zühurunun intizarını vacib bilir və axir zamanda İmamın (ə.f) zühur edib yer üzərində bütünlüklə zülmün kökünü kəsəsrək tək ilahi hakimiyyəti quracağına etiqad bəsləyir.

İmam Zaman, İmam Mehdi (ə.f) ləqəbi ilə tanınan 12-ci imam, İmam Həsən Əskərinin (ə) övladıdır. İmam Həsən Əskərinin (ə) xəlifə Mötəmid tərəfindən şəhid edildiyi günə qədər heç bir kəs bu övladı görməmişdi. Bu mübarək övlad yalnız atası şəhid olduqda ortaya çıxır, atasına namaz qılır və insanlardan uzaq olur.

Təhlükə və hadisələrin gedişatı İmamın (ə) gizli qalmasını tələb edirdi. 11-ci İmamın (ə) şəhadətinə qədər heç kəsin bu övladdan xəbəri yox idi. Hətta İmam Həsən Əskəriyə (ə) cənazə namazı qılınandə İmamın dostları nə edəcəklərini bilmədilər. Çünki imamın cənazə namazını imam qılmalı idi. Nəhayət İmam Həsən Əskərinin (ə) qardaşı Cəfər önə keçib namaz qılmaq istəyəndə otaqdan nurani bir oğlan uşağı cıxıb əmisini geri çəkir və atasına cənazə namazı qılır və öz imamətini elan edir.

Bu hadisə Abbasi məmurları arasında yayılır. Onlar təlaşa düşüb həmin uşaqı axtarmağa başlayırlar. Bu həmən o övladdır ki, atasının və babasının ciddi məmur nəzarətində yaşamasına səbəb olmuşdu- Yəni Abbasilər bu övladın dünyaya gələcəyini bildikləri üçün İmam Həsən Əskərini (ə) tam əskər nəzarətində saxlayırdılar. İmamın evi tam nəzarətdə idi. Lakin bu onlara müəssər olmadı. Bu övladın nə zaman dünyaya gəldiyini ailədən savayı heç kim bilmirdi.

Bu gün rəbiul-əvvəl ayının 9-u İmamın (ə.f) ilk dəfə özünü gostərməsi günüdür.

Bu gün İmam Zamanın (ə.f) imamət dövrünün başlamasının birinci günüdür.

Bu gün yer üzünün xilaskarının imamət kürsüsunə “oturduğu” gündür.

Bu gün Əhli-Beyt (ə) dostlarının qəlbinə rahatlığ və əminlik, düşmənlərinin isə qəlbinə dərd, kədər nazil olan və yuxularına haram qatıldığı gündür.

Quran buyurur:

Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır. (Saff-8)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031