İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Mьəllif: admin1
Tarix: 4-10-2022, 10:56
İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün müsəlmanların 11-ci İmamı İmam Həsən Әsgərinin (ə) şəhid edilən günüdür.

Ahlibeyt.ge xəbər verir ki, bu şəhadət münasibəti ilə "Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-Beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar Birliyi" başda İmam Zaman (ə.f) olmaqla Əhli-Beyt (ə) aşiqlərinə təsiliyyət ərz edir.

İmam Həsən Әsgəri (ə) hicrətin 232-ci ilində Mədinə şəhərində dünyaya gəlmişdir. Atası həzrət Hadi (ə), anasının adı isə Susən idi 22 yaşında ikən atası şəhid oldu.

O həzrətin adı Həsən, künyəsi Әbuməhəmməd, tanınmış ləqəbləri isə Zəki və Әsgəri olmuşdur. Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi.

O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olunub.

Onun yeganə övladı həmin vəd olunmuş həzrət imam Mehdidir (.ə.f.) ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır.

İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra İmam Zamanın (ə.f.) imamət dövrü başlayır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930