Həzrət Mehdinin (ə.f) camaat arasında seçdiyi xüsusi nümayəndələri
Mьəllif: admin1
Tarix: 20-06-2018, 11:00
Həzrət Mehdinin (ə.f) camaat arasında seçdiyi xüsusi nümayəndələri
Məhdəviyyət anlayışı müxtəlif adlarla və müxtəlif formalarda olsalar da demək olar ki, bütün dinlərdə vardır. Hətta bu məsələ bəzi qeyri səmavi dinlərdə də mövcuddur.

Doğrudur İslamdan fərqli olaraq digər dinlərdə tam fərli formalarda vəsf edilsə də mahiyyət etibarı ilə demək olar ki, eynidir. Hər kəs axir-zamanda bir xilaskar və ədalətli şəxsi gözləyir. Bu da onu göstərir ki, bütün dinlərin mənbəyi eynidir. Lakin zaman keçdikcə ilahi qanunlar bəşəri təfəkkürlə əvəz edilib.

Məvdəviyyət anlayışı İslamın ən önəmli etiqadı məsələlərindəndir. Hətta İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, Həzrət (s) buyurub: “Fərəcin (zühurun) intizarı – ən üstün ibadət hesab olunur”.

İmam Həsən əl-Əsgəri (ə) 260-cı hicri ilinin rəbiul-əvvəl ayında şəhid edildikdən sonra, imamət onun yeganə övladı olan Məhəmməd ibni Həsəl əl-Məhdiyə (ə.f) çatdı.

Peyğəmbər (s) hədislərinə və tarixə əsasən İmam (ə.f) axir-zamanda qeybdə olacaq və insanlarla müəyyən şəxslər və ya vasitələrlə əlaqə saxlayacaq.

Abbasi xilafəti İmamın (ə.f) varlığından xəbərdar olduqdan sonra imam 7 yaşında qeybə çəkildi. O bu kiçik qeyb zamanı 4 xüsusi naibi və nümayəndəsi ilə insnalarla təmasda olurdu. Hicri-təqviminin 329-cu ilində isə İmamın (ə.f) böyük qeyb dövrü başlayır və indiyə qədər də İmam qeybdədir.

İmam (ə.f) kiçik qey dövründə bu 4 xüsusi naib vasitəsi ilə insanların suallarını cavablandırıb və onları sanki böyük qeyb dövrünə və alimlərin ictihadına hazırlayıb:

Əbu Əmr Osman ibn Səid Əmri;

Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri;

Əbülqasim Hüseyn ibn Ruh Nobəxti;

Əbülhəsən Əli ibn Məhəmməd Səməri.

İmam (ə.f) bu naiblər vasitəsi ilə müsəlmanlar yaşayan ərazilərdə, o cümlədən Bağdad, Qum, Kufə, Azərbaycan və digər ərazilərdə olan naiblərlə əlaqə saxlamış, insanların məktub və məsələlərini cavablandırmışdır.

Bu gün İmamın (ə.f) 3-cü naibi Əbülqasim Hüseyn ibn Ruh Nobəxtinin naibliyə seçildiyi gündür.

Hüseyn ibn Ruh 21 il naiblik etmiş və bu ağır işi öz öhdəsinə almışdır. İkinci naib dünyasını dəyişdikdən sonar o, İmamın (ə.f) göstərişi ilə bu vəzifəyə təyin edilmişdir.

İbn Ruh tarixdə Ruhi, Nobəxti və Qumi kimi müxtəlif adlarla tanınır. Şeyx Tusi “Kitabul-ğeybə” kitabında İnb Ruhu zəmanəsinin aqili və düşmənlərlə rəftarında təqiyyəyə riayət edən kimi tanıtdırır.

Əbülqasim Hüseyn ibn Ruh Nobəxti hicrətin 326-cı ilində şəban ayının 18-də dünyasını dəyişir və Bağdada dəfn olunur. Hazırda məzarı məlumdur və Hüseyn ibn Ruh ziyarətgahı kimi məşhurdur.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930