Quranın əbədi olması
Mьəllif: admin1
Tarix: 21-10-2025, 11:09
Quranın əbədi olması
...وَأُوحِيَ إِلَيَّ هَٰذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغَ ...


"Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim." (Ənam, 19).

İzah: Quran cahanşümul və əsrlərin fövqündə duran bir kitabdır. Quranın ismarışı bütün əsrlərdə insanların zəka və fitrətinə əsaslanır. Quranın dərin və zəngin məzmunu dünyanın elm adamlarını heyrətə gətirir.

Sözlərinin təravəti və bəyanının təsiri onu oxumağın şirinliyini qoruyur. Yuxarıdakı ayə Peyğəmbərin (s) sonuncu olmasından əlavə həm də Quranın əbədi və əsrlərin fövqündə olmasına dəlalət edir.

Bu mətləb, “وَمَنْ بَلَغَ” (və mən bələğə) – onun çatacağı hər kəsi – ifadəsinin geniş mənasından anlaşılır.

Hədis: İmam Sadiq (ə): “Allah Quranı müəyyən bir zaman və ya xalq üçün nazil etmədi. Buna görə də Qiyamətə qədər hər bir dövrdə yeni və hər bir qövm üçün təravətlidir.” (Üyuni-əxbari-Rza, c. 2, səh. 87, hədis: 22).
Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930