Qurani-Kərimin bizdən 7 gözləntisi
Mьəllif: admin1
Tarix: 3-06-2022, 21:55
Qurani-Kərimin bizdən 7 gözləntisi
Qurani-Kərim biz insanları hidayət etmək üçün Uca Allah tərəfindən nazil olan müqəddəs kitabdır. Bu kitabın biz müsəlmanlardan gözləntiləri vardır ki, onlarla tanış olaq.

1. Qiraət. Yəni, bu Müqəddəs Kitabı oxuyun. Quran buyurur ki, məni ancaq Ramazan ayında deyil, bütün qalan aylarda da yada salın və oxuyun.

“Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Quranın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış) paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər”. (“Vaqiə” 79).

“Qur’andan müyəssər olanı oxuyun”. (“Muzzəmmil” 20).

2. Tilavətdir. Mümkündür ki, deyəsiniz tilavət ilə qiraət eyni şeydir. Qiraət deyildikdə Quranı hər cür oxumaq nəzərdə tutulur. Ancaq tilavət deyildikdə, Quranı ehtiram və qayda-qanunlarına riayət edərək oxumaq nəzərdə tutulur.

3. Üçüncü gözlənti tərtildir. Yəni, Quranı diqqətlə oxumaq. Yəni, bu kitabı xüsusi diqqət, xüsusi şövqlə oxumaq. Yəni, oxuyan zaman tələsməmək.

4. Quranın dördüncü gözləntisi – düşünmək və təfəkkür etməkdir. Yəni, oxuduğun ayə və kəlmələr barəsində düşünüb təfəkkür edəsən.

Məsumlarımız (ə) bizi həmişə Quran ayələri barəsində təfəkkür etməyə və düşünməyə dəvət edirlər. Çünki Quranın hər bir kəlməsi və hər bir ayəsi dərin bir dənizdir ki, müxtəlif mənalar orada gizlənmişdir.

İnsan ancaq təfəkkür edərək, o mənaları dərk edə bilər.

5. Beşinci gözləntisi – qulaq asmaqdır. Quranı oxumağın bir təsiri vardır, qulaq asmağın başqa təsiri. “Qur’an oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz”. (“Əraf” 204).

6. Quran istəyir ki, ondan öyrəndiklərimizi başqalarına da öyrədək.

7. Təsir etməkdir. Quran bizdən istəyir ki, Quranın təsiri altına düşək. Yəni, ancaq oxumaqla kifayətlənməyək, həm də əməl edək. Rəftar və əxlaqımız dəyişsin. Misal üçün deyək ki, bu ayə məni dəyişdirdi.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930