“Niyə Quran möcüzədir?” sualına Ayətullah Behcətin cavabı
Mьəllif: admin1
Tarix: 14-04-2022, 11:26
“Niyə Quran möcüzədir?” sualına Ayətullah Behcətin cavabı
İslam dininin möcüzəsi Qurandır. Bunu necə izah etmək olar?.

İslam alimləri qeybdən, gələcəkdən, metafizikadan, elmi sirlərdən, tarixi hadislərin detallarından, keçmişdəki peyğəmbərlərin həyatını dəqiqliklə və tayfaların həyatlarında baş verən hadisələri təfərrüatı ilə qeyd edən Quranın Məhəmməd ibni Abdullah kimi çoban, yazı-oxumanı bilməyən, ərəb dilindən savayı digər dili bilməyən, öncədən heç bir müqəddəs və dəyərli kitabı mütaliə etməyən, müəllim yanına və məktəbə getməyən bir şəxs tərəfindən gəlməsini möcüzə bilirlər.

Tanınmış arfi mərhum Ayətullah Behcət isə Quranın möcüzə olmasını belə izah edir:

“Quran əbədi möcüzədir. Bu barədə müxtəlif terminlər var. Quranın möcüzə olması haqda deyilən ən mühüm baxış budur ki Quranla mübarizə aparmaq istəyənlər o işdən yayındırılırlar. Yəni Allah Quran kimi bir kitabı gətirmək istəyənləri o işdən yayındırır.

Amma mən özüm bu ehtimalı daha çox üstün bilirəm ki Quranın möcüzə olması belə izah olunmalıdır. O da Quranın cəzzabiyyətidir(onu oxuyanı özünə cəzb etməsi).

Qurran cəzb edəndir. Cəzzabiyyət bir mövzudur ki, danışığa aid olan məsələdir. Bu bir surədə olur? Yoxsa 10 surədə, Yoxsa iki?.

Cəzzabiyyət adi insanların sözlərində də var, amma dərəcəsi çox aşağıdır. Bütün danışıqların cəzzabiyyəti eyni deyildir”


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031