Ramazan ayının bərəkəti, əzəməti və şərafəti Quranın bu ayda nazil olmasına görədir
Mьəllif: admin1
Tarix: 20-03-2024, 15:28
Ramazan ayının bərəkəti, əzəməti və şərafəti Quranın bu ayda nazil olmasına görədir
Ramazan ayının ziyafəti Quranın həmin ayda nazil olmasına görədir. "Ramazan ayı - insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. ("Bəqərə” 185).

Hədislərimizin buyurduğuna görə, başqa bir səma kitabı da bu ayda nazil olmuşdur.

İlahi ziyafət ayı olan Ramazan ayı gələn zaman hər birimiz bu mübarək ayın Quran süfrəsində əyləşirik. Çünki bu ziyafətin həqiqətində Quranın nazil olması durur.

Ramazan ayının bərəkəti, əzəməti və şərafəti Quranın bu ayda nazil olmasına və Qədr gecələrinin bu ayda olmasına görədir. Quranın nazil olması ilə bu ay bərəkətli və əziz olmuşdur.

Bu ayın o qədər bərəkəti vardır ki, o biri aylar bundan məhrumdurlar. O cümlədən insanın çəkdiyi hər bir nəfəs bu ayda təsbih hesab edilir. İnsanın yuxusu belə, ibadət sayılır.

İmam Sadiq (ə) buyurur: "Cavan mömin ki, Quran oxuyar, Quran onun qanı və əti ilə qarışar və Allah onun məqamını kəramətli və saleh səfirlərlə bir yerdə qərar verər. Qurani-Kərim Qiyamət günü onu müdafiə edər”.

Bu nurani hədisdən belə nəticəyə gəlmək olur ki, cavanlarımız hər nə qədər Quran oxuyarsa və Quranla yaxın olarsa, daha çox təhlükələrdən amanda qalarlar.

Ramazan ayı Quranın baharıdır və bu ayda Quran oxumağın xüsusi ləzzəti vardır. Bu ayda Quran ayələrinin mənasına diqqət etmək o qədər əhəmiyyətlidir ki, bir ayəni o cür oxumağın savabı, bir Quranı xətm etməyin savabına bərabərdir. Bu fürsət hamıya verilir. Sadəcə bundan bəhrələnmək lazımdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930