İmam Hüseynin (ə) Ruqəyyəsi – Aşura qiyamının haqq olmasının aşkar dəlilidir
Müəllif: Admin
Tarix: 6-10-2019, 14:13
İmam Hüseynin (ə) Ruqəyyəsi – Aşura qiyamının haqq olmasının aşkar dəlilidir
Həzrət Ruqəyyə (s.ə) Aşura hadisəsinin kiçik yaşlı əzəmətli şəxsiyyətlərindən biridir. Həzrət Ruqəyyənin (s.ə) varlığı İmam Hüseyn (ə) qiyamının haqq olmasının aşkar dəlili və Peyğəmbər (s) itrətinin nə qədər məzlum olmasının nişanəsidir.

Həzrət Ruqəyyənin (s.ə) atası - Həzrət İmam Hüseyn (ə) və anası – Ummi İshaqdır. Bu xanım Həzrət İmam Həsənin (ə) həyat yoldaşı olmuşdur və onun vəsiyyətinə görə? şəhid olandan sonra İmam Hüseynlə (ə) nikah bağlayır və Həzrət Ruqəyyə (s.ə) dünyaya gəlir.

Həzrət Ruqəyyə (s.ə) şəhid olan zaman bəzi tarixçilərin dediyinə görə 3 yaşlı, bəzilərinin dediyinə görə 4 yaşlı və bəzilərinin də dediyinə görə 5 yaşlı olmuşdur.

“Ruqəyyə” sözünün mənası “tərəqqi etmək” deməkdir. Bu adla ilk adlandırılan xanım - Həzrət Peyğəmbərin (s) qızı olmuşdur. Bundan sonra İslam mədəniyyətində ən zinətli və gözəl adlardan biri hesab edilmişdir.

Aşura hadisəsindən sonra əsirlər karvanı əvvəl Kufəyə və sonra da Şama hərəkət edir. Əsirlər Şama daxil olan zaman onlara Yezid (lən) sarayının yanında olan xarabalıqda yer verdilər.

Şeyx Abbas Qumi nəql edir: “Nübuvvət nəslinin xanımları əsir olan zaman Kərbəlada şəhid olan ata və qardaşlarını öz övladlarından gizlədirdilər və onlara deyirdilər ki, sənin atan filan səfərə getmişdir və geri qayıdacaqdır. Dörd yaşlı bir qız uşağı var idi və gecə yarısı yuxudan ayıldı və dedi: “Mənim atam Hüseyn (ə) haradadır? Bu saat onu yuxuda gördüm, çox pərişan idi”.

Qadınlar ağlamağa başladılar və fəryad çəkdilər. Yezid (lən) öz sarayında yatmışdı və bu səsdən ayıldı və səbəbini soruşdu. Ona macəranı danışdılar və o məlun dedi: “Gedin atasının başını gətirin və onun yanına qoyun”.

Bundan sonra Həzrət Hüseynin (ə) müqəddəs başını gətirdilər və o dörd yaşlı qızın yanına qoydular. Soruşdu ki, bu nədir? Dedilər: “Sənin atanın başıdır”.

Qız uşağı fəryad çəkdi və bir neçə günə can verdi”.

Hüccətil-İslam Sədrələddin Qəzvini yazır: “Həzrət Ruqəyyə (s.ə) dodaqlarını atasının dodaqlarına qoydu və o Həzrət (ə), qiyamının haqq olmasının aşkar dəlili olaraq buyurdu: “Ey gözümün nuru! Gəl, gəl mənə tərəf. Gözüm sənin yolundadır”. Bu zaman gördülər ki, Həzrət Ruqəyyə (s.ə) dünyasını dəyişdi”.

Əsirlər karvanı Mədinəyə getməyə hazırlaşan zaman Həzrət Zeynəb (s.ə) toplaşmış camaata üz tutub buyurdu: “Ey Şam əhli! Bizdən bu xarabada əmanət qalmışdır. Nə zaman qəbrinin yanına getsəniz, məzarının üstünə su səpin və qəbrinin yanında çıraq yandırın”.

Bəli, bu körpə qız İmam Hüseynin (ə) Ruqəyyəsi idi...



/Deyerler.org/
Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031