Həzrət Rüqəyyənin (ə) adı
Mьəllif: admin1
Tarix: 2-09-2022, 10:21
Həzrət Rüqəyyənin (ə) adı

Rüqəyyə; lüğətdə yuxarı və yuxarı aparmaq, tərəqqi etmək mənasınadır. Biz, İslamda bir neçə "Rüqəyyə" adı ilə rastlaşırıq ki, o cümlədən onlardan biri həzrət Xədicənin saxlayıb, böyütdüyü qızdır.

O, hicrətdən iyirmi il qabaq Məkkədə dünyaya gəlmişdi və böyüdükdən sonra Ütbə ibn Əbi Ləhəb ilə izdivac etmişdi. Peyğəmbər (s), peyğəmbərliyə məbus olandan sonra Rüqəyyə də Xədicə ilə birlikdə Peyğəmbərə (s) iman gətirdi.

"Təbbət yəda əbi Ləhəbin və təbb"[41] ayəsi nazil olduqdan sonra Əbu Ləhəb, oğlundan Rüqəyyəyə təlaq verməsini istədi. Ütbə də onu boşadı. Sonra o, Osman ibn Əffan ilə izdivac etdi. Amma...

İslam və Peyğəmbərin (s) düşməni, Müğeyrə ibn Əbil As, Peyğəmbərə (s) ox atdığını və onun qolunu sındırdığını iddia edirdi. Osman ona pənah verdi. Sonra Peyğəmbərin (s) yanına gəlib, Müğeyrənin azad olmasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Ona getmək üçün, üç gün aman verirəm.

Osman, Müğeyrənin vəsaitini və yol azuqəsini hazırlayıb, yola saldı. Amma, Müğeyrə yarı yolda getmək fikrindən döndü. Bu işi Mütəal Allah, öz Peyğəmbərinə (s) xəbər verdi. Peyğəmbər (s), Zeyd və Zübeyri Müğeyrəni öldürmək üçün göndəri.

Osman evə gəlib, Rüqəyyəni bu işdə təqsirləndirdi və onun bu işi Peyğəmbərə (s) xəbər verdiyini iddia etdi. Rüqəyyə bunu inkar etdi və bu işdən xəbəri olmadığını dedi. Amma Osman inanmadı və onu ağacla möhkəm döydü. O xanım, Peyğəmbərin (s) evinə qayıtdı və aldığı ağır yaraları nəticəsində vəfat etdi.

Osman, Müğeyrə ibn Əbil Asın səfər vəsaitini hazırlayarkən, Peyğəmbər (s) buyurdu: "Allah lənət etsin o kəsə ki, ona (Müğeyrəyə) minik verdi və səfər vəsaitini hazırladı".[42]

Həzrət Əmir əl-möminin Əlinin (ə) qızlarının da birinin adı Rüqəyyə idi. O, şücaətli və fəzilətli bir qadın idi. O, ilahi maarifi və İslam elmlərini, atasının və qardaşlarının yanında öyrənmişdi.

Rüqəyyə, əmsi oğlu Müslüm ibn Əqil ilə izdivac etmşdi və bu izdivacdan iki övlad: Əbdüllah və Məhəmməd dünyaya gəlmişdi. Qardaşı imam Hüseyn (ə), Mədinədən Kərbəlaya səfər edərkən, o da iki oğlu ilə birlikdə imamla Kərbəlayə gəldi.

Yolda əri Müslümin şəhadət xəbəri ona çatdı. O, ərinin və sonra Kərbəlada, qardaşlarının, övladlarının və başqa yaxınlarının şəhadətlərinə səbr etdi, sonra əsirlik müsibətləri çəkdi və bacısı Zeynəblə (ə) birlikdə həmasələr yaratdılar.

İmam Musa Kazimin (ə) də Rüqəyyə Süğra adlı bir qızı var idi. O da atasının yanında böyümüş və ilahi elmləri, hədis və İslam maarifini öyrənmişdi. Rüqəyyə Süğra, əhli-beyt (ə) hədislərinin ravilərindən sayılır.


kitab.nur-az.com
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031