Kərbəlada Xanım Rüqəyyə adına uşaq bağçası açılıb
Mьəllif: admin1
Tarix: 5-01-2018, 20:24
Bцlmə: Xəbərlər
Kərbəlada Xanım Rüqəyyə adına uşaq bağçası açılıb
İraqın Kərbəla şəhərində xeyriyyəçilik məqsədləri çərçivəsində İmam Hüseyn məqbərə kompleksinin nəzdində yetim uşaqlar üçün Xanım Rüqəyyə adına uşaq bağçası açılıb.

Məqbərə kompleksinin məsulu Şeyx Əbdülmehdi əl-Kərbəlayi yeni xeyirxah təşəbbüslə bağlı bunları deyib: "Həzrət İmam Hüseynin (ə) daim təşviq etdiyi xeyriyyəçilik çərçivəsində, xüsusilə Həzrətin yetimlərə qayğı göstərməklə bağlı buyuruqları çərçivəsində İmam Hüseyn ziyarətgah kompleksi daha bir humanitar müəssisə - uşaq bağçası təsis edib.

Mərkəz valideynlərini itirmiş uşaqlara dəstək üçün bundan əvvəl açdığı digər təhsilyönümlü müəssisələrə əlavə olaraq bu dəfə uşaq bağçası təsis etdi. Bu bağçada əsasən İŞİD terror təşkilatına qarşı mübarizədə həyatlarını qurban vermiş şəxslərin övladları təlim və tərbiyə alacaqlar".

O, həmçinin bildirib ki, İmam Hüseyn məqbərə kompleksinin rəhbərliyi yetim uşaqları bu müəssisələri bitirənədək dəstəkləməyə, onlara öz şəxsiyyətlərini düzgün formalaşdırmaqda və uğurlu cəmiyyət qurmaqda yardımçı olmağa bundan sonra da davam edəcək. Şeyx Kərbəlayi, həmçinin binanı yetim uşaqlar üçün ev və ya uşaq bağçası məqsədilə hədiyyə etmiş qadına da təşəkkürünü bildirib.

İmam Hüseyn məqbərəsinin nəzdindəki məktəblərin meneceri Sədəddin Haşimin sözlərinə görə, artıq məqbərənin nəzdində bir uşaq bağçası, bir ibtidai məktəb və ali məktəb var. O əlavə edib ki, Xanım Rüqəyyə adına uşaq bağçasında 250 uşaq təlim-tərbiyə ala bilər. Burada uşaqlar ərzaq, geyim, yataqxana, nəqliyyat və tibbi xidmətlə təmin olunacaqlar.

S.Haşim bildirib ki, İmam Hüseyn məqbərəsi Övlad Müslim ibn Əqil Məktəbi layihəsinin artıq 60 faizini icra edib. Yetimlər üçün nəzərdə tutulan məktəb binası beşmərtəbəli olacaq.
(kerbela.info) maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930