İmam Hüseynin (ə) türbəti şəhadətdən əvvəl Cəbrayıl (ə) vasitəsilə gətirilmişdir
Mьəllif: admin1
Tarix: 23-08-2022, 10:01
İmam Hüseynin (ə) türbəti şəhadətdən əvvəl Cəbrayıl (ə) vasitəsilə gətirilmişdir
İmam Hüseyn (ə) şəhid olmazdan əvvəl Cəbrayıl (ə) bu xəbəri Allah Təala tərəfindən Peyğəmbərə (s) gətirmişdi.

Cəbrayıl (ə) Kərbəla torpağından bir parça Peyğəmbər (s) üçün gətirmişdi. Bu, o torpaq idi ki, İmam Hüseyn (ə) orada şəhid olacaqdı.

Həzrət Peyğəmbər (s) də bu torpağı həyat yoldaşı Ümmi Sələməyə verir və buyurur ki, nə zaman bu torpaq qana çevrilsə, bil ki, övladım Hüseyni (ə) şəhid ediblər.

İmam Sadiq (ə) buyurur: “Kərbəla türbətini əlində tutan mələk - Cəbrayıl (ə) idi. Onu Peyğəmbərə (s) göstərdi və buyurdu:

“Bu türbət - övladının türbətidir ki, sənin ümmətinin əlində səndən sonra öldürüləcəkdir”. Onu götürən peyğəmbər - Həzrət Muhəmməd (s) idi. Həmin türbətdə öldürülən isə İmam Hüseyn (ə) idi”.

İbni Abbas nəql edir ki, Həzrət Peyğəmbərin (s) yanına bir mələk gəlir və ona İmam Hüseynin (ə) şəhid olacağını xəbər verir. Onun yanında İmam Hüseynin (ə) türbəti var idi və müşk ətri verirdi.

Ənəs ibni Malik Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Həqiqətən, Cəbrayıl (ə) mənə xəbər vermişdir ki, oğlum Hüseyn (ə) öldürüləcəkdir. Bu türbət həmin yerin torpağıdır ki, orada öldürüləcəkdir”.

Ümmi Sələmənin yanında olan bu Kərbəla torpağı İmam Hüseyn (ə) şəhid olan zaman qan rənginə boyandı və Ümmi Sələmə başa düşdü ki, İmam (ə) şəhid olmuşdur.

Ümmi Sələmə nəql edir: “O zaman ki, Aşura günü oldu, türbətin olduğu şüşənin iki tərəfinə nəzər saldım və zöhrdən sonra bu şüşə qanla dolmuşdu”.


Ləbbeykə, ya Hüseyn (ə)!

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930