SƏBİR VƏ NAMAZDAN KÖMƏK ALIN!
Mьəllif: admin1
Tarix: 8-10-2018, 21:04
SƏBİR VƏ NAMAZDAN KÖMƏK ALIN!
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 153-cü ayəsində buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ

“Ey iman gətirənlər! (Həyatın çətin hadisələri qarşısında) səbir və namazdan kömək alın. Həqiqətən, Allah səbirlilərlədir.”

Bu ilahi kəlamın oxşarını bu surənin 45-ci ayəsində də oxuyuruq. Həmin ayədə Allah-Taala Bəni-İsrailə belə buyurur:

وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ

“(Çətinliklər qarşısında) səbir və namazdan kömək alın...”

Yuxarıdakı ayədə isə müsəlmanlara da göstəriş verilir ki, həyatın çətinlikləri qarşısında səbir və namazdan kömək alın. Bəli, eyni dərdlərin dərmanı da eynidir.

Ümumiyyətlə, məhdud insan saysız problemlərin ağuşunda qeyri-məhdud ilahi qüvvədən yardım almasa, məhv olub gedər. Allaha bağlı insan keşməkeşlər qoynunda özünü itirmir. Çətinliklər ona böyük görünmür. Namazı diqqətlə və qəlbin iştirakı ilə qılan kəs meraca gedir. Mənəvi pərvaz yüksək olduqca, dünyanın həm çətinlikləri, həm də ləzzətləri kiçik görünür.

İnsan nemətə qərq olduqda və çətinliyə düşdükdə, uyğun ayənin göstərişlərinə əməl etməlidir.

Allah buyurmur ki, O, namaz qılanlarladır. Buyurur ki, O səbirlilərlədir. Ona görə də, elə namazın özü səbir və sabitliyə ehtiyaclıdır.

Rəvayətdə oxuyuruq ki, imam Əlinin (ə) qarşısına çətinlik çıxdıqda, o, iki rükət namaz qılardı. (“Təfsiri-Safi”, 1-ci cild, səh.111.) Bu üsula İbn Sina da əməl etmişdir.

Səbir bütün kamilliklərin anasıdır. Döyüşdə şücaət mayası səbirdir. Günah qarşısında səbir təqva vasitəsidir. Dünya qarşısında səbir zöhd nişanəsidir. Şəhvət zamanı səbir iffət səbəbidir. İbadətdəki səbir itaət, şübhələr zamanı səbir isə təqva mayasıdır. (“Təfsiri-Ətyəbul-bəyan”, 2-ci cild, səh.258.)

BİLDİRİŞLƏR

1. İman əməl, təvəkkül, səbir və ibadətlə müşayiət olunarsa, faydası daha artıq olar.

2. Namaz lingdir, yük deyildir.

3. Səbir və namaz ilahi himayələrin cazibə vasitəsidir.

4. Allah hər yerdə, hər kəslə olsa da (“Hədid”,/4), Onun səbirlilərlə yaxınlığının xüsusi mənası var. Bu yaxınlıq Allahın səbirlilərə məhəbbət və yardım lütfüdür. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, “Bəqərə” surəsi, 153-cü ayənin təfsiri.)

Hazırladı: Maide.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930