Səbir etmək - passiv olmaq və zülmü qəbul etmək demək deyildir
Mьəllif: admin1
Tarix: 24-11-2017, 20:42
Səbir etmək - passiv olmaq və zülmü qəbul etmək demək deyildir

Səbir - elə bir kəlmədir ki, həm Quranda və həm də hədislərdə çox rast gəlirik.
Səbir - elə bir kəlmədir ki, həm Quranda və həm də hədislərdə çox rast gəlirik. Allah Təala dəfələrlə peyğəmbərlərinə (ə) səbirli olmağı əmr etmişdir. “Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi – Nuh, İbrahim, Musa və İsa) səbir etdikləri kimi səbir et və onlar üçün (onların məhv olmalarına) tələsmə”. (“Əhqaf” 35).
“Buna görə də onların dediklərinə səbir et və günəş çıxandan və batandan qabaq Rəbbini, Ona sitayişlə birlikdə pak sifətlərlə mədh et”. (“Taha” 130).
Həmçinin adi insanlara da səbirli olmağı buyurur: “Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi baxımından) ziyan içindədir, Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa”. (“Əsr” 2-3).
Bu ayədə dörd açar kəlmə vardır: iman, saleh əməl, haqq, səbir. Aydın olur ki, səbir mühüm bir mövzudur ki, haqq, iman və saleh əməllə bir yerdə zikr edilir. (Tebyan)
Bəzən biz Quran ayələrində verilən səbir kəlməsini düzgün mənalandırmırıq. Allah bizə səbir edin deyəndə biz elə bilirik ki, heç bir iş görməyib əyləşməliyik, passiv olmalıyıq. Elə bilirik ki, o şəxsə səbirli deyirlər ki, əgər üzünə sillə vursalar heç bir reaksiya verməz. Əlbəttə o kəs ki, müsibət qarşısında çox sızlayıb ağlamırsa, ona səbirli deyərlər. Səbirin düzgün mənası budur. Səbir zülmü qəbul etmək demək deyildir. İslam sevmir ki, insan zülmün qarşısında passiv olsun və tez təslim olsun.

Hədislərdə oxuyuruq: “Əgər kiməsə zülm olunsa, özünü müdafiə etmək və zülmü aradan qaldırmaq yolunda öldürülsə, şəhid hökmündədir”.
İslam sevmir ki, bir müsəlman zəlil və xar olsun. İstəyir ki, insan öz haqqını müdafiə etsin.
Bəzən səbir elə mənada işlənir ki, biz onu bu cür bilmirik. Misal üçün bir insan yuxusu gəlsə belə, gecə yarısı ayağa qalxır və üzünü yuyub dəstəmaz alır ki, gecə namazı qılsın. Adətən bu işi heç kəs səbir adlandırmır. Lakin bu əməl itaətdə olan səbirdir. Başqa bir nümunə isə döyüşdə düşmənə qarşı olan səbirdir. “(Müşriklər) daim sizinlə vuruşacaqlar ki, əgər bacarsalar, sizi dininizdən döndərsinlər. Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır”. (“Bəqərə” 217).
Səbirin başqa bir nümunəsi dinin təbliğidir. O zaman ki, bir millətin təbliğə ehtiyacı olar və bir nəfər gedər və Allah bəyəndiyi kimi dini təbliğ edər, gərək bu yolun çətinliyinə səbir etsin. Şübhəsiz ki, zəhmət istəyir və bəzən aclıq, susuzluq, yuxusuzluq istəyir.
Səbirin üç növü vardır:
1. Şeytan və nəfslə mübarizə. Bu meydanda gərək daxildən şeytan və nəfsani istəklərinlə mübarizə aparasan. Zahirdə isə məzəmmət və ya dostluq yolu ilə insanlara təzyiq göstərəsən. Bu günaha görə olan səbirdir.
2. İtaətdə olan səbirdir. İnsan gərək tənbəlliyi kənara qoysun. Dini vəzifələrini ciddi şəkildə yerinə yetirsin. Birinci dərəcədə vacibləri və ikinci dərəcədə müstəhəbləri yerinə yetirsin.
3. Müsibətdə olan səbirdir. Bilməliyik ki, bu dünyada çətinliklər həmişə vardır və olacaqdır da. Çünki imtahan dünyasıdır.
Bu dünyada asanlıqla əldə edilən bir şey yoxdur və hər bir işin öz çətinlyi vardır. Bir ana hansı çətinlik və məşəqqətlə övladını böyüdüb başa çatdırır. Qüdsi hədisdə oxuyuruq: “Mən rahatlığı behiştdə qərar vermişəm. Ancaq insanlar dünyada onu axtarırlar. Ona görə də tapmırlar”.
Bura elə bir evdir ki, bəla ilə örtülmüşdür. Heç bir iş çətinlik olmadan əldə olunmur. Ona görə də insan gərək özünə təlqin etsin ki, bir şeyi əldə etmək istəyirsə, gərək zəhmət çəksin. Əgər kimsə fırıldaq yolu ilə nəyisə əldə etmək istəyirsə, ömrü az olar və rüsvay olub insanların gözündən düşər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031