Səbir istəmək, yoxsa salamatlıq?
Mьəllif: admin1
Tarix: 23-12-2023, 12:52
Səbir istəmək, yoxsa salamatlıq?

İmam Rza (ə) buyurur: “Bir gün İmam Səccad (ə) Məscidul-həramda ibadətlə məşğul olur və bir nəfəri Kəbəni təvaf edən halda görür ki, bu duanı edir: “Allahım, mən Səndən səbir istəyirəm”.

Həzrət (ə) həmin şəxsin çiyninə toxunur və buyurur: “Bu dua ilə Allahdan bəla istəyirsən”.

Üç növ səbir vardır: itaət edən zaman səbir etmək, günaha qarşı səbir etmək, müsibət zamanı səbir etmək. Səbir istəmək o deməkdir ki, mənə gələn bəlalara görə dözümüm olsun. Məlumdur ki, bəla hər kəsin başına gəlir və bu yolda irəliləyirsən, istəyirsən ki, daha az ziyan görəsən.

Ancaq İmam (ə) buyurur ki, belə dua etmə, çünki əgər belə dua edərsənsə, bəla istəmiş olarsan.

İmam (ə) həmin şəxsə buyurur: “Bu duanın yerinə de: “Allahım, mən Səndən salamatlıq istəyirəm və salamatlığa görə şükür etmək istəyirəm””.

Salamatlıq – bəlanın ziddidir. Yəni, Allahdan bəlanın əksini istəyirsən və şükür etmək nemətini də əta etməyini xahiş edirsən.

Yəni, həm salamatlıq ver və həm də şükür etmək tövfiqi ver ki, mənə verdiyin bu salamatlığa görə şükür edə bilim.

Həzrət (ə) davamında buyurur: “Allahın verdiyi salamatlığa görə şükür etmək, bəlaya görə verdiyi səbirdən daha üstündür”.

Çünki bəla gələn zaman başqa çarən yoxdur, gərək səbir edəsən və dözəsən. Bəla gələn zaman səbir etməyin zəruridir. Əgər şikayət etməsən, o zaman dəyərli olar.

Ancaq o yerdə ki, Allah sənə salamatlıq verir, şükür edib-etməmək sənin ixtiyarındadır. Sənə heç kəs təzyiq göstərmir, sən öz iradənlə şükür edirsən. Ona görə də bu şükrün dəyəri səbrin dəyərindən daha üstündür.

İmam (ə) sonda həmin şəxsə buyurur: “Sən hara, müsibətə səbir etmək hara? Get Allahdan salamatlıq istə və sonra da sənə verdiyi salamatlığa görə şükür et ki, bu şükür salamatlığının artmasına səbəb olacaqdır”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031