AİLƏDƏ MEHRİBANLIQ VƏ XOŞRƏFTARLILIQ
Mьəllif: admin1
Tarix: 8-10-2018, 11:57
AİLƏDƏ MEHRİBANLIQ VƏ XOŞRƏFTARLILIQ
Xoşrəftarlılığı və nəzakəti, bir-biri ilə yola getməyi, bir-biri ilə gözəl əxlaqla yaşamağı həyata keçirtməklə, insan İslamın təkid olunmuş göstərişinə əməl etməklə yanaşı, bir ibadət edir.

Çünki, bu rəftar ibadətin bir növüdür, savaba və fövqəladə faydaya malikdir.

Musa (ə) Həzrət Haqqa buyurur: “Pərvərdigara, o insanın ki, camaat ondan əziyyət görməyib və o, hamıya yaxşılıq edir - əvəzi nədir?”.

Musaya xitab çatır ki, atəş Qiyamət günü ona deyir: “Mənə tərəf yolun yoxdur”.

Peyğəmbərdən (s) soruşurlar: “İslamın insan üçün ən üstün proqramı hansıdır?”

O Həzrət cavab verir: “İnsanlar onun əlindən və dilindən amanda olsunlar”.

Həzrət Peyğəmbər (s) yenə buyurur: “O əməl Allah və onun Rəsulu yanında sevimlidir ki, bəndələrə qarşı mehriban və nəzakətli olsun və Allah və Rəsulu yanında ən nifrətli əməl odur ki, Allah bəndəsinə qarşı kobud rəftar edilsin”.

Kişinin qadına qarşı və qadının ərinə qarşı, ərlə arvadın övladların qarşı və övladların ata və anasına qarşı və hamıya qarşı İlahi vəzifəsi - mehriban, nəzakət, incə, məhəbbət və vüqarlı olmalıdırlar.

(Ustad Hüseyn Ənsarianın nəzərlərinə əsasən)

“Dəyərlər”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930