Qadının cihadı – yaxşı həyat yoldaşı olmaqdır
Mьəllif: admin1
Tarix: 22-01-2021, 22:01
Qadının cihadı – yaxşı həyat yoldaşı olmaqdır
İmam Əli (ə) buyurur: “Qadının ən yaxşı xüsusiyyətləri – kişilərin ən pis xüsusiyyətləridir: təkəbbür, qorxu, simiclik.

Əgər qadın təkəbbürlü olarsa, özünü heç kəsin ixtiyarına qoymaz. Əgər simic olarsa, özünün və ərinin malını qoruyar. Əgər qorxaq olarsa, hər xoşagəlməz hadisədən qaçar”.

Məsumlardan (ə) nəql edilir: “Bərəkət cəhətdən ən böyük qadınlar o kəslərdir ki, xərcləri yüngül olar”.

Başqa yerdə buyururlar: “Qadının Allaha ən yaxın halı o zamandır ki, evində əyləşər”.

İmam Əli (ə) buyurur: “Qadına gücü çatmayan işi tapşırma. Çünki qadın güldür, nəinki işçi”.

İmam Kazım (ə) buyurur: “Qadının cihadı – yaxşı həyat yoldaşı olmaqdır”.

Əmirəl-möminin (ə) buyurur: “Ata və ananı öpmək – ibadətdir”.

“Hər kim ata və anasına yaxşılıq edər, övladları da ona yaxşılıq edərlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç günah vardır ki, cəzası tez çatar: ata və anaya ağ olmaq, insanlara zülm etmək, ehsana naşükürlük etmək”.

“Ata və anaya yaxşılıq etmək - ən dəyərli sifətlərdəndir”.

“Ata və anaya yaxşılıq etmək - ən böyük vəzifədir”.

“Allah üç şeydə heç kəsə icazə verməmişdir: biri əmanəti əda etməkdə - istər yaxşı insan olsun, istərsə də pis.

Əhdə vəfa etməkdə - istər yaxşı insan olsun, istərsə də pis. Ata və anaya yaxşılıq etməkdə - istər yaxşı insan olsunlar, istərsə də pis”.

“Allah dörd dəstə üçün behiştdə ev hazır etmişdir: o kəs ki, yetimə pənah verər, zəifə rəhm edər, ata və anasına mehribanlıq edər, quluna qarşı mehriban olar”.

“Hər kim ömrünü uzatmaq istəyirsə və ruzisini artırmaq istəyirsə - ata və anasına yaxşılıq etsin”.

İmam Əli (ə) İmam Həsənə (ə) buyurur: “Ailən gərək sənin yanında ən bədbəxt insanlar olmasınlar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031