Kimə münasibətdə ifrat mehribanlıq etmək olar?
Mьəllif: admin1
Tarix: 23-12-2016, 22:15
Kimə münasibətdə ifrat mehribanlıq etmək olar?

İslam dininin nəzərinə görə mehribanlıq və məhəbbət göstərmək cəmiyyətin inkişaf etmək amilidir.
Mehribanlıq olmadan bir cəmiyyət ruhsuz və soyuq heykələ bənzəyər.
Xaliq insanları xəlq edib, onlara bir-biri ilə rabitə qurmaq ehtiyacı veribdir. Allah özü Rəhim və Rəhmandır. Ona görə də bəndələrini də belə görmək istəyir. Allah bəndələrini bir-birini sevməyə və məhəbbət göstərməyə təşviq edir. O kəslərin ki, əməl dəftəri sağ əlinə verilər, onlar haqqında belə deyilər: “Bunlardan əlavə, iman gətirən və bir-birinə səbir, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır. Onlar xeyir-bərəkət və səadət əshabıdır (sahibləridir)”. (“Bələd” 17-18).
Həzrət Peyğəmbər (s) buyurur: “Möminlər bir-birinə qarşı mehribanlıq və ülfətdə bir bədən kimidirlər. Nə zaman bu dəstənin bir üzvü xəstələnər, başqa üzvlər qızdırma və gecə oyaq qalmada onunla birlikdə olarlar”.
İslam dini ifratı və təfriti bəyənmir. Eyni zamanda da mehribanlıq və məhəbbət göstərən zaman da ifrat və təfrit etmək olmaz. Hər kim mehribanlığa layiq deyildir, ona qarşı həddən artıq mehriban olmaq səbəb olar ki, qarşı tərəfə dəyər verməsin. Ona görə də hər kəsə göstərilən məhəbbət onun tutumuna görə olmalıdır.
Lakin cəmiyyətin elə təbəqəsi vardır ki, Allah bu insanlara başqalarından daha çox məhəbbət göstərilməsini əmr edir. Bu təbəqəyə yetimlər, gücsüzlər, uşaqlar, yoxsullar, ata və ana və həmçinin əlinin altında işləyənlər aiddirlər.
İmam Baqir (ə) buyurur: “Hər kimdə bu dörd sifət olarsa, Allah onun üçün behiştdə ev inşa edər: o kəs ki, yetimlərə pənah verər, gücsüzlərə mehribanlıq göstərər, ata və anası ilə mülayim rəftar edər, əlinin altında olanlarla mehriban olar”. (Erfan)
İmam Əli (ə) buyurur: “Qəlbini əlinin altında işləyənlərə qarşı mehribanlıq, məhəbbət və lütflə doldur. Çünki onlar iki dəstədən kənar deyildirlər: ya sənin din qardaşlarındır və ya xəlq baxımından sənin kimi insandırlar”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930