Yetimi himayə edən behiştdə Peyğəmbərin (s) yanında olar
Mьəllif: admin1
Tarix: 26-09-2016, 20:31
Yetimi himayə edən behiştdə Peyğəmbərin (s) yanında olar
Quran və hədislərimiz yetimlərə məhəbbət göstərmək və mehribanlıq etməyi ən fəzilətli əməllərdən hesab edir və onun üçün böyük əcr vəd edirlər. Belə ki, Peyğəmbər (s) buyurur: “Behiştdə bir ev vardır ki, ona şadsəra deyirlər. Yetimləri şad edənlərdən savayı heç kəsə ora yol yoxdur”.

Əmirəl-möminin (ə) buyurur: “Elə bir mömin kişi və qadın yoxdur ki, məhəbbət əlini yetimin başına çəksin, məgər o halda ki, Allah Təala əlini çəkdiyi hər tükünün sayı qədər onun üçün savab yazar”.

Yetimlərə mehribanlıq göstərmək dedikdə, İmam Əli (ə) yada düşür. Çünki İmam (ə) yetimlərin həm maddi ehtiyaclarını ödəməyə diqqət edərdi və həm də mənəvi. Nə zaman gözü bir yetimə dəysə idi, qəhər onu boğardı və göz yaşlarını saxlaya bilməzdi.
Sevgi çatışmazlığı uşaqlarda bir çox psixoloji xəstəliklərə yol açar ki, bu da gələcəkdə cəmiyyət üçün bir bəlaya çevrilməsinə səbəb olar. Ona görə də yetim uşaqların ata və ana sevgisinə ehtiyacları çox olar. Onların başına nəvaziş əli çəkilərsə, özlərini daha rahat və daha hüzurlu hiss edərlər. İslam dininin də tövsiyə etdiyi kimi, əgər yetimləri öz övladınız kimi bağrınıza bassanız və onlara sevgi göstərsəniz, həmin uşaq özünü əmin-amanlıqda hiss edəcəkdir.

İmam Əli (ə) yetimlərə nəvaziş edər, onları yetizdirər, balı götürüb ağızlarına qoyar və onlar üçün mehriban ata olardı. Onlarla oyun oynayar və onlarla söhbətlər edərdi. Həzrət (ə) yetimlərə o qədər diqqət göstərərdi ki, bəzi səhabələr arzu edərdilər ki, ey kaş biz də yetim olardıq.

Həzrət Peyğəmbər (s) buyurur: “Yetim üçün mehriban ata ol və bil ki, əkdiyini biçəcəksən”.

Quran buyurur: “Belə deyildir. (Güman edirsiniz ki, nemətin çoxluğu əməldə azadlıq verməkdir, onun azlığı alçaldılmaq. Həm gümanınız yalnışdır. Həm də). Əslində siz yetimə ehtiram göstərmirsiniz”. (“Fəcr” 17). Bu ayədə buyurulur ki, yetimlərə köməyiniz və yardımınız elə olmalıdır ki, yetim heç bir zaman özünü tənha hiss etməsin.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim yetimə himayəçilik edər və onun xərclərini öhdəsinə götürər – mən və o, behiştdə bir-birimizin yanında olarıq”.

İmam Sadiq (ə) buyurur: “Hər kim Allahın rəhmətinə şamil olmaq istəyir və behiştə daxil olmaq istəyir – gərək yetimlərə qarşı mehriban olsun”.

Həzrət Peyğəmbər (s) buyurur: “İstəyirsənmi ki, ürəyim yumşaq və arzuların həyata keçsin? Yetimə rəhm et və məhəbbət əlini onun başına çək, öz yeməyindən ona yedizdir ki, qəlbin yumşaq və hacətlərin həyata keçsin”.

Əmirəl-möminin (ə) həyatının son anlarında yetimlərlə bağlı nəsihət verir və buyurur: “Allaha xatir, Allaha xatir yetimlərə (diqqət edin). Allah eləməsin ki, bəzən tox və bəzən də ac qalsınlar. Allah eləməsin ki, onlar sizin yanınızda onlara əl tutmadığınıza görə aradan getsinlər”. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930