İnsanlarla mehriban olmaq – imanın yarısıdır
Mьəllif: admin1
Tarix: 3-10-2021, 10:56
İnsanlarla mehriban olmaq – imanın yarısıdır
İnsanlarla mehriban olmaq – bir növ sədəqədir və bəlanı, iztirabı insandan dəf edər. İnsana rahatlıq və hüzur gətirər.

İstəklər və arzular, dostluqlar və düşmənçiliklər həyatın əsasını təşkil edir. Yaxşılıqları və pislikləri tanımaq, inkişaf etmək üçün kifayət etməz. İnsan bir şeyi istəmədən və iradə etmədən yaxşılıqlara tərəf hərəkət etməz və pisliklərdən uzaq olmaz.

İnsan gərək başqalarını sevsin ki, onu da sevsinlər. Əgər insanlara qarşı kobud və sərt olarsa, onları özündən uzaqlaşdırar və nifrətlərinə, düşmənçiliklərinə səbəb olar.

Qurani-Kərim Həzrət Peyğəmbəri (s) təsvir edən zaman buyurur: “Muhəmməd (s) və onunla olanlar düşmənlərin qarşısında inadkar və öz aralarında mehribandırlar”.

Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlarla mehriban olmaq – imanın yarısıdır”.

İnsanlarla mehriban olmaq, həyatın acı tərəflərini insandan uzaqlaşdırar və həyatına hüzur verər.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah iradə etsə ki, ev əhli üçün xeyir və bərəkəti bərqərar etsin, həmin ailəni və aralarında olan rabitəni mehribanlıqla qarışdırar və onları hüzurlu dostluq və mehribanlıq fəzasına daxil edər”.

İmam Sadiqdən (ə) gələn başqa hədisdə oxuyuruq: “O ailə ki, bir-biri ilə mehriban rəftar edər, (bu mehribanlıq nemətinin qədrini bilər) Allah ruzisini genişləndirər və çoxlu ruzini nəsibi edər”.

İnsan başqalarının aşiqi olandan sonra onlarla mehriban olmaq çətin olmaz. Əsası odur ki, asılı olmadığı insanlarla mehriban olsun.

İmam Baqir (ə) buyurur: “Hər bir şeyin qıfılı vardır və imanın qıfılı - insanlarla dostluq etməkdir”. Yəni insan başqalarını sevməzsə, iman evinin qapısı üzünə bağlanar.

İmam Baqir (ə) başqa yerdə buyurur: “O kəsə ki, insanlarla mehriban olmaq ruzi verilər, iman da ona verilər”.

İmam Sadiq (ə) buyurur: “Hər kim insanlarla mehriban olar, insanlardan gözlədiyini əldə edər”.

Beləliklə deyə bilərik ki, əgər həyatımızda hüzurun və dostluğun olmasını istəyiriksə, gərək insanları sevək və onlarla dost olaq. Çünki mehribanlıq imanın qapılarını üzümüzə açar və sədəqə kimi, bizi bir çox bəlalardan qoruyar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930