Qadınla mehriban olmaq – Peyğəmbərlərin (ə) əxlaqındandır
Mьəllif: admin1
Tarix: 10-10-2022, 22:19
Qadınla mehriban olmaq – Peyğəmbərlərin (ə) əxlaqındandır
Qadınların sevgiyə olan ehtiyacı kişilərdən daha çoxdur.

Psixoloqların nəzərinə görə, qadının ruhu lətifdir. Ona görə də ətrafdakılar tərəfindən sevgi duymağa həmişə möhtacdır. Qadının ən az haqqı odur ki, həyat yoldaşından gözləntiləri olsun, həyat yoldaşı həqiqi sevgisini ona göstərə bilsin və xanımını kamala çatmaq hisslərində şərik etsin.

Həqiqətdə qadın səxavətli bir sevginin intizarını çəkər. Səxavətli eşq dedikdə yəni minnətsiz, həmişəlik olan eşq və sevgi nəzərdə tutulur. Ona görə də kişinin vəzifəsi budur ki, qadının bu ehtiyacını aradan qaldırsın və onun haqqını versin. Həyat yoldaşı olan zaman bir cür, ata olan zaman da başqa cür.

Qız övladlarının da oğlan övladlarından daha çox ata sevgisinə ehtiyacları vardır. Qadınla mehriban olmaq – Allahın gözəl sifətlərindəndir.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah qızlara qarşı oğlanlardan daha mehribandır. Hər kim qızını və ya xanımını və ya məhrəmini sevindirər və razı edər – Allah Qiyamət günü onu sevindirəcəkdir”.

İmam Sadiq (ə) buyurur: “Qadına sevgi bəsləmək – peyğəmbərlərin (ə) əxlaqındandır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qız övladını şad edər, sanki İsmayil (ə) övladlarından olan qulu azad etmişdir”.

Həzrət Peyğəmbərin (s) həyatı haqqında oxuyan zaman görürük ki, o qədər işi və məsuliyyətinin olmasına baxmayaraq, Həzrət (s) vaxtını üç hissəyə ayırmışdı: bir hissəsini Allaha ibadət etmək, bir hissəsini şəxsi işləri üçün, bir hissəsini ailəsi üçün ayırmışdı. Deyilənə görə ailə məsələlərini həm ictimai və həm də fərdi mövzulardan üstün tutardı.

Həzrət Peyğəmbər (s) evdə olan zaman qarşısına nə yemək qoysa idilər, razı qalar və heç bir zaman şikayət etməzdi. Süfrədə ailə üzvləri ilə bir yerdə əyləşər və onlarla yemək yeyərdi.

Həzrət (s) bəzən öz paltarlarını özü yamayar, qoyunları otarar, dəvənin dizini bağlayar və xanımlarına buğdanı əyirməkdə yardım edərdi. Həmişə buyurardı: “Həyat yoldaşına yardım etmək və ev işlərini yerinə yetirmək – Allah yolunda sədəqə və ehsandır”.

Hörmət etmək və xoşrəftar olmaq, məhəbbət, vəfadarlıq, onun qəm və qüssəsində şərik olmaq – yaxşı həyat yoldaşı olmağın nişanələrindəndir. Kişinin vəzifəsi budur ki, hətta həyat yodaşının tünd və sərt rəftarlarına səbir etsin və hövsələ göstərsin.

Həzrət Peyğəmbər (s) həmişə tövsiyə edərdi ki, həyat yoldaşlarınızla mehriban olun və onların pis xasiyyətlərinə səbir edin.

Allah Təala Quranda buyurur: “Onlarla yaxşı rəftar edin”. (“Nisa” 19).

Həzrət Peyğəmbər (s) ömrünün sonuna qədər Xədicəyə (s.ə) minnətdar qalmışdı və buyurardı: “Heç kəs Xədicə (s.ə) olmaz”.

Həzrət Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq: “Qardaşım Cəbrayil (ə) mənə qadınları o qədər tapşırdı ki, güman etdim ki, kişinin xanımına “uf” deməyə haqqı yoxdur.

Mənə buyurdu: “Qadınla rəftarda Allahdan qorxun, onlarla mehriban olun və ürəklərini yaxşı rəftarlarınızla pakizə edin ki, yanınızda yaşamağa səbirləri olsun””.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930