Bu münafiqin İmam Hüseynə (ə) qarşı vuruşacağını Həzrət Əli (ə) öncədən demişdi
Mьəllif: admin1
Tarix: 3-10-2022, 21:17
Bu münafiqin İmam Hüseynə (ə) qarşı vuruşacağını Həzrət Əli (ə) öncədən demişdi
Kərbəla hadisəsinin ən alçaq şəxsiyyətlərindən biri də Şəbəs ibni Rəbiədir.

O, Kufənin ən zəngin insanlarından idi. Onu min sifətə malik olan insan kimi də tanıtmaq olar. Siffeyn döyüşündə İmam Əlinin (ə) tərəfində idi, ancaq Nəhrivanda xəvariclərə qoşulmuşdu.

İmam Əli (ə) onun haqqında belə xəbər vermişdir: “Əgər Peyğəmbərlə (s) birlikdə münafiqlər vardısa, bizimlə də vardır. Allaha and olsun ki, Şəbəs, oğlum Hüseynlə (ə) vuruşacaqdır. Allahın Peyğəmbəri (s) mənə belə xəbər vermişdir”.

Bərə ibni Azəb isə İslam tarixinin ən görkəmli şəxsiyyətlərindən olmuşdur. Onu Peyğəmbərin (s) və İmam Əlinin (ə) səhabəsi hesab edirdilər.

O, Qədir-Xumu nəql edənlərdən biri olmuşdur. Peyğəmbər (s) vəfat edəndən sonra birinci xəlifəyə beyət etməkdən imtina etmişdir.

Lakin bütün bunlara baxmayaraq, Kərbəla hadisəsində İmam Hüseynə (ə) yardım etməkdən çəkinən insanlardan olmuşdur. İmam Əli (ə) onun haqqında əvvəlcədən xəbər vermişdi.

Bir gün İmam Əli (ə) Bərəyə buyurur: “Ey Bərə! Oğlum Hüseyn (ə) öldürüləcəkdir və sən sağ qalacaqsan. Ancaq ona yardım etməyəcəksən”.

O zaman ki, Hüseyn ibn Əlini (ə) şəhid edirlər, Bərə deyir: “Allaha and olsun ki, Əli ibni Əbutalib (ə) düz deyirdi. Hüseyn (ə) öldürüldü və mən ona yardım etmədim”.

Sonra bu işinə görə peşman olur və dərin həsrət çəkir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829