İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?
Mьəllif: admin1
Tarix: 7-08-2022, 20:29
İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?
Kərbəla faciəsinin yaranmasına səbəb olan insanların əksər hissəsi Kufə əhli idi. Onlar tarixdə öz ardınca ar və xar adlar qoyub getdilər. Şəbəs ibni Rəbiə o kəslərdən olmuşdur ki, dövrünün çox insanı ona etimad etmişdir. Adını daşıyan məscidi var idi. Təqvalı və imanlı insan kimi tanınmışdı.

O, İmam Əlidən (ə) əvvəl xəlifə olan şəxslərin yanında etibara malik idi. Düzdür, Peyğəmbərin (s) vəfatından dərhal sonra mürtəd olmuşdur. Ancaq birinci xəlifə taxta əyləşən zaman rəngini tez dəyişib, zahirən İslama qayıtmışdır.

O zaman ki, İmam Əli (ə) xəlifə olur, Şəbəs İmama (ə) beyət edir. Kufə əhli kimi Siffeyn döyüşünə gedir. Ancaq döyüş zaman Quranları nizə üstündə görən zaman İmam Əliyə (ə) təzyiq göstərən ilk kəslərdən olmuşdur ki, döyüşə son versin.

Sonralar İmama (ə) qarşı çıxır və Nəhrəvan döyüşündə xəvariclərə rəhbərlik edir. Ancaq döyüş zamanı yoxa çıxır və Kufəyə qayıdır. İmam Əli (ə) onun bu hərəkətinə görə müsəlmanlara “Şəbəs” məscidində namaz qılmağı qadağan edir.

Şəbəs, İmam Hüseyn (ə) qiyamı haqqında eşidən zaman məktubu imzalayan son kəslərdən olmuşdur. Ancaq o zaman ki, Ubeydullah Kufəyə gəlir, o, İmam Hüseynə (ə) xəyanət edən ilk insan olur. İbni Ziyadın yanına gedir və Müslimə qarşı olan dəstəyə başçılıq edir.

Şəbəs, Peyğəmbər (s) nəsli ilə vuruşmağın aqibətindən xəbərdar olduğu üçün Kərbəlaya getmir və özünü xəstəliyə vurur. Ancaq İbni Ziyad onu getməyə məcbur edir. O, Aşura günü Yezid (lən) ordusunun piyadalarına rəhbərlik edir.

Aşura hadisəsindən sonra öz məscidini bərpa edir və Muxtarın qiyamı zamanı gizlincə Kufədən qaçır. Bəsrəyə gedir və Muxtara qarşı çıxır.

Muxtarın şəhadətindən sonra Zubeyrlilər ilə əlbir olur. Sonra Bəni-Üməyyəyə qoşulur. Nəhayət Kufədə cəhənnəmə vasil olur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031